Maliyyə təşkilatlarına xidmətlər

ABŞ, Avropa və MDB-nin ən böyük maliyyə təşkilatları da daxil olmaqla, geniş müxbir banklar şəbəkəsinə malik olan Bank beynəlxalq hesablaşmaları tez və səmərəli şəkildə həyata keçirir, həmçinin banklar və müxtəlif cür maliyyə idarələri üçün digər xidmətləri də yerinə yetirir:

Hesablaşma-kassa xidmətləri
«Loro» hesablarının açılması və onlara xidmət göstərilməsi.
Bankın geniş filial və müxbir banklar şəbəkələrini istifadə etməklə xarici valyuta ilə hesablaşmaların aparılması.
Bankların adlı çeklərinin inkassîya qəbul edilməsi.

Pərakəndə xidmətlər

Bank kartları biznesində lider olaraq Bank, bankların assosiasiyalı üzvlər və ya iştirakçı banklar kimi VISA International, MasterCard Intenational beynəlxalq ödəniş sistemlərinə daxil olmalarına dəstək verir, habelə bankların Müştəriləri üçün VISA International və MasterCard International bank kartlarını buraxır və onlara xidmət göstərir.

İxrac-İdxal əməliyyatları üzrə hesablaşmalar

Sənədli əməliyyatların aparılması (zəmanətlər, akkreditivlər, inkasso).

Konversiya əməliyyatları

Xarici valyutaların konvertasiyası.

Kreditləşdirmə

Rəqabətə davamlı şərtlər ilə banklararası kreditləşdirmə.

Azərbaycan Beynəlxalq Bankında kredit təşkilatlarına göstərilən bank xidmətləri üzrə tarif cədvəli.