Xaricə köçürmələr

Fiziki şəxs hansı məbləğdə xaricə köçürmə edə bilər?

Fiziki şəxs bir əməliyyat günü ərzində xaricə 1 000 ABŞ dolları ekvivalentinədək sərbəst şəkildə xaricə pul göndərə bilər.

Fiziki şəxs tərəfindən bir əməliyyat günü ərzində aparılan köçürmənin (köçürmələrin) məbləği 1 000 ABŞ dolları ekvivalentindən yuxarı olduğu halda, həmin şəxs Banka köçürmənin təyinatı ilə bağlı olan müvafiq təsdiqedici sənədləri təqdim etməlidir: xarici banklardan cəlb edilmiş kreditlərin və kredit faizlərinin ödənilməsi, beynəlxalq təşkilatlarda, konfranslarda, sərgilərdə iştirak haqları, xarici ölkələrin dövri nəşrlərinə yazılış haqları, təhsil, müalicə haqlarının ödənilməsi, müəlliflik hüquqlarından istifadə haqlarının, əvvəllər Azərbaycan Respublikasına köçürülmüş xarici valyuta vəsaitləri. Bu hallarda ödənişin məqsədini və mədləğini təsdiqləyən müqavilələr, arayışlar, invoys və ya digər təsdiqedici sənədlərin, pul vəsaitinin rezidentin hesabına əvvəllər köçürülməsini sübut edən bank hesabından çıxarışın əsli banka təqdim edilir.

Fiziki şəxs hansı hallarda məhdudiyyətsiz xaricə pul köçürmələri apara bilər?

Fiziki şəxs xaricdə yaşayan və ya müvəqqəti qalan yaxın qohumlarına məhdudiyyətsiz pul vəsaiti köçürə bilər.

Hansı qohumlar yaxın hesab olunur?

Ata, ana, baba, nənə, ər, arvad, oğul, qız, qardaş, bacı, övladlığa götürülənlər

Yaxın qohumlara hansı sənədlər əsasında pul vəsaiti köçürülə bilər?

Şəxsiyyət vəsiqəsi, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd, doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə.

Fiziki şəxs xaricə köçürmə edərkən hansı hallarda ona bank hesabı açılmalıdır?

Köçürülən məbləğ 1000 ABŞ dolları və ya onun ekvivalentində olan məbləğdən yuxarı olduğu halda müştəriyə mütləq cari hesab açılır və köçürmə həmin hesabdan aparılır . Bu halda Xaricə köçürməyə dair Ərizə formasından istifadə olunur. Əks halda Hesab açmadan köçürmənin aparılması üçün ərizə formasından istifadə olunur

Xaricə köçürmələr üzrə tarif cədvəli:

Köçürmə 0.3%(minimum $20 ekv. –
maksimum $500 ekv.)
“MBA-Moskva” və ya “IBA-Georgia” banklarının müştərilərinə köçürmə 0.20%(minimum $10 ekv. –
maksimum $400 ekv.)
Təcili icra edilən köcürmə (valyutalaşma tarixi cari iş günü olmaq şərti ilə) 0.5%(minimum $40 ekv. –
maksimum $600 ekv.)
İcra edilmiş köçürmənin araşdırılması $ 30 ekv.
Köçürmənin icrasından sonra ödəniş sənədlərində dəyişikliklərin edilməsi $ 50 ekv.
Ödəniş tapşırığının geri qaytarılması üçün sorğunun qəbul olunması $10 ekv.