Respublikadaxili köçürmələr: XÖHKS

XÖHKS nədir?

XÖHKS (Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq sistemi) – Azərbaycan Respublikasının ərazisində xırda və təcili olmayan ödənişlər üçün nəzərdə tutulmuş banklararası milli hesablaşmalar sistemidir.

XÖHKS vasitəsilə aparılan köçürmələr hansı valyutada icra olunur?

XÖHKS vasitəsilə aparılan köçürmələr yalnız milli valyutada icra oluna bilər.

XÖHKS vasitəsilə aparılan köçürmələr hansı sənədlər əsasında icra olunur?

Bankdaxili köçürməni aparmaq üçün Siz banka 2 nüsxədə “A” formatlı ödəniş tapşırığını təqdim etməlisiniz.

Ödəniş tapşırığında hansı məlumatlar yoxlanılmalıdır?

  • Köçürmənin tarixi (ödəniş tapşırığı bank tərəfindən 3 iş günü ərzində icra oluna bilər) və nömrəsi
  • Göndərən bankın rekvizitləri (Bankın adı, kodu, VÖEN-i, müxbir hesabı, SWIFT-i )
  • Göndərən müştərinin rekvizitləri (müştərinin adı, hesab nömrəsi, VÖEN-ni)
  • Alan bankın rekvizitləri (Bankın adı, kodu, VÖEN-i, müxbir hesabı, SWIFT-i ),
  • Alan müştərinin rekvizitləri (müştərinin adı, hesab nömrəsi, VÖEN-ni)
  • Köçürülən məbləğin rəqəmlə və sözlə yazılışının uyğun olması
  • Köçürmənin valyutası
  • Köçürmənin təyinatının düzgün yazılması
  • Möhür və imzalar

XÖHKS vasitəsilə aparılan köçürmələr hansı valyutalaşma tarixi ilə icra olunur?

Köçürmə cari iş gününün saat 14:30-dək icra edildiyi halda həmin günün valyutalaşma tarixi ilə icra olunur. Köçürmə cari iş gününün saat 14:30-dan sonra icra olunduğu halda onun valyutalaşma tarixi növbəti iş gününün tarixi olmalıdır.

XÖHKS köçürmələri üzrə hansı komisyon haqları tutulur?

Hüquqi şəxslər (o cümlədən, diplomatik şəxslər, səfirliklər, konsulluqlar, humanitar və kredit təşkilatları daxil olmaqla) Tariflər (milli valyuta)
XÖHKS köçürmələri 0.1% (minimum 1 AZN –
maksimum 50 AZN)