Respublikadaxili köçürmələr: AZİPS

AZİPS nədir?

AZIPS (Azerbaijan İnterbank Payments System) – Azərbaycan Respublikasının ərazisində real vaxt rejimində işləyən banklararası milli hesablaşmalar sistemidir.

AZİPS vasitəsilə aparılan köçürmələr hansı valyutada icra olunur?

AZİPS vasitəsilə köçürmələr yalnız milli valyutada icra oluna bilər.

AZİPS vasitəsilə aparılan köçürmələr hansı sənədlər əsasında icra olunur?

Bankdaxili köçürməni aparmaq üçün Siz banka 2 nüsxədə “A” formatlı ödəniş tapşırığını təqdim etməlisiniz.

Ödəniş tapşırığında hansı məlumatlar yoxlanılmalıdır?

  • Köçürmənin tarixi (ödəniş tapşırığı bank tərəfindən 3 iş günü ərzində icra oluna bilər) və nömrəsi
  • Göndərən bankın rekvizitləri (Bankın adı, kodu, VÖEN-i, müxbir hesabı, SWIFT-i )
  • Göndərən müştərinin rekvizitləri (müştərinin adı, hesab nömrəsi, VÖEN-ni)
  • Alan bankın rekvizitləri (Bankın adı, kodu, VÖEN-i, müxbir hesabı, SWIFT-i ),
  • Alan müştərinin rekvizitləri (müştərinin adı, hesab nömrəsi, VÖEN-ni)
  • Köçürülən məbləğin rəqəmlə və sözlə yazılışının uyğun olması
  • Köçürmənin valyutası
  • Köçürmənin təyinatının düzgün yazılması
  • Möhür və imzalar

AZİPS vasitəsilə aparılan köçürmələr hansı valyutalaşma tarixi ilə icra olunur?

Köçürmə cari iş gününün saat 16:30-dək icra olunduğu halda həmin günün valyutalaşma tarixi ilə icra olunur. Köçürmə cari iş gününün saat 16:30-dan sonra icra olunduğu halda onun valyutalaşma tarixi növbəti iş gününün tarixi olmalıdır.

AZİPS köçürmələri üzrə hansı komisyon haqları tutulur?

Hüquqi şəxslər (o cümlədən, diplomatik şəxslər, səfirliklər, konsulluqlar, humanitar və kredit təşkilatları daxil olmaqla) Tariflər
AZİPS köçürmələri 0.15% (minimum 3 AZN – maksimum100 AZN)