Bankdaxili köçürmələr

Bankdaxili köçürmələr nədir?

Azərbaycan Beynəlxalq Bankın bir filialından (şöbəsindən) başqa filiala (şöbəyə) köçürülən pul vəsaitidir.

Bankdaxili köçürmələr hansı valyutada icra oluna bilər?

Milli və xarici valyutada.

Bankdaxili köçürmələr hansı sənədlər əsasında icra olunur?

Bankdaxili köçürməni aparmaq üçün Siz banka 2 nüsxədə “A” formatlı ödəniş tapşırığını təqdim etməlisiniz.

Ödəniş tapşırığında hansı məlumatlar göstərilir?

  • Köçürmənin tarixi (ödəniş tapşırığı bank tərəfindən 3 iş günü ərzində icra oluna bilər) və nömrəsi
  • Göndərən müştərinin rekvizitləri (müştərinin adı, hesab nömrəsi, VÖEN-ni)
  • Alan müştərinin rekvizitləri (müştərinin adı, hesab nömrəsi, VÖEN-ni)
  • Köçürülən məbləğin rəqəmlə və sözlə yazılışının uyğun olması
  • Köçürmənin valyutası
  • Köçürmənin təyinatının düzgün yazılması
  • Möhür və imzalar

Bankdaxili köçürmələr üzrə hansı komisyon haqları tutulur?

Müştərinin bir filialda/şöbədə olan hesablarına köçürmə pulsuz
Müştərinin digər filialda/şöbəsində olan öz hesabına köçürmə 0.02% (minimum 1 AZN –
maksimum 20 AZN)
0.02% (minimum $1 ekv. –
maksimum $20 ekv.)
Digər bankdaxili köçürmə 0.05% (minimum 1 AZN –
maksimum 50 AZN)
0.05% (minimum $1 ekv. –
maksimum $50 ekv.)