Sənədli əməliyyatlar

Azərbaycan Beynəlxalq Bankı xarici ticarət əməliyyatlarına xidmət göstərilməsi və sənədli əməliyyatlar xidməti sahəsində Azərbaycanın aparıcı bankıdır. ABB sənədli əməliyyatların aşağıdakı növlərini təklif edir:
  • Sənədli akkreditivlər.
  • Bank qarantiyaları
  • Sənədli inkasso

Sənədli akkreditivlər

 Sənədli akkreditivlər beynəlxalq hesablaşmaların ən təhlükəsiz və təminatlı formasıdır. Xarici ticarət sövdələşmələri üzrə hesablaşmalarda istifadə olunan sənədli akkreditiv Müştərinin tapşırığı ilə müqavilə üzrə onun kontragentinin xeyrinə Bankın verdiyi öhdəlikdir. Beləliklə, Bank Satıcılarla Alıcılar arasında vasitəçi kimi çıxış edir, belə ki, müvafiq sənədlər təqdim olunduqdan sonra ödənişlər onun vasitəsilə həyata keçirilir.
Bank aşağıdakı xidmətləri göstərir:
  • Akkreditivlərin açılması, təsdiqi, avizo edilməsi və transferi, akkreditivlərlə hesablaşmalar üzrə digər əməliyyatların (şərtlərin dəyişdirilməsi, sənədlərin yoxlanılması, ödənişlərin həyata keçirilməsi) aparılması.
  • Sənədli akkreditivlərlə iş zamanı məsləhət xidmətlərinin göstәrilmәsi.
  • Yüksək səviyyəli müxbir banklar tərəfindən akkreditivlərin təsdiq edilməsi.
  • Müştərilərin öz vəsaitləri hesabına idxal akkreditivlərin açılması.
  • ABB-nın kredit xətti hesabına idxal akkreditivlərin açılması.
  • ABB-nın kredit xətti hesabına möhlətli idxal akkreditivlərin açılması.
ABB aşağıdakı akkreditiv növlərindən istifadə edir:
  • Ləğv edilməz akkreditiv.
  • Geri çağırıla bilən akkreditiv.
  • “Stand-by” akkreditivi.
  • Təsdiqlənmiş akkreditiv.
  • Təsdiq olunmamış akkreditiv.
  • Köçürülə bilən akkreditiv.
  • “Back-to-back” akkreditiv.
Akkreditivlərin üstünlükləri
Satıcı üçün:
  • Əgər Satıcı akkreditivin bütün şərtlərini yerinə yetirərsə, alıcılardan asılı olmayaraq, ixrac pulunu alacağına əminlik.
  • Mal yüklənib göndərildikdən sonra onun haqqının etibarlı şəkildə və tez bir zamanda alınması (mallar yükləndiyi və sənədlər Banka təqdim olunduğu halda).
Alıcı üçün:
  • Malların göndərilməsinə dair müqavilənin şərtlərini yerinə yetirməyincə, Satıcının ixrac pulunu almayacağına təminat.
  • Akkreditivdən əlaqələndirilmiş sazişlər sistemində, və eləcədə maliyyələşdirmə vasitəsi və maliyyələşdirmənin təminatı kimi istifadə etmək imkanı.
Bank Qarantiyaları
ABB aşağıdakı zəmanət növlərindən istifadə edir:
  • Tender zəmanəti.
  • İcra zəmanəti.
  • Əvvəlcədən ödənişin qaytarılmasi zəmanəti.
  • Ödəniş zəmanəti.
Bank aşağıdakı xidmətləri göstərir:
  • Qarantiyaların açılması, təsdiqi və avizo edilməsi.
  • Qarantiyalarla iş zamanı konsultasiya xidmətlərin göstərilməsi.
  • Yüksək dərəcəli müxbir banklar tərəfindən qarantiyaların təsdiq edilməsi.
  • Müştərilərin öz vəsaitləri hesabına qarantiyaların açılması.
  • ABB-nın kredit xətti hesabına qarantiyaların açılması.