Kreditlər

Şirkətinizin müxtəlif layihələrinin maliyyələşdirilməsi, dövriyyə vəsaitlərinizin artırılması, kassa kəsirlərinin doldurulması və digər məqsədləriniz üçün Bank Sizə aşağıdakı kreditləşmə növlərini təklif edir:

  • Millivə xarici valyuta ilə qısa-, orta- və uzunmüddətli kreditləşdirmə (kreditlər və kredit xətləri):
  • Layihə maliyyələşdirilməsi (Project Finance)
  • İxracdan əvvəl və ixracdan sonra kreditləşdirmə
  • Ticarətin maliyyələşdirməsi (Trade Finance)
  • Sindikatlaşdırılmış kreditləşdirmə
  • Faktorinq

Kredit sifarişləri Azərbaycan Respublikasının rezidenti və qeyri-rezidenti olan şəxslər tərəfindən verilə bilər.

Kreditin məbləği minimum və maksimum hədlərlə məhdudlaşdırılmır. Kredit üzrə faiz dərəcəsi bir çox amillərdən asılı olduğu üçün müxtəlifdir.

Kreditlər milli və ya xarici valyutalarda (USD, EUR və s.) verilir.

Kredilər təminatla və ya təminatsız (blank kreditləri) verilir. Kreditin təminatı borcalanın və ya üçüncü şəxslərin mülkiyyətindəki müxtəlif əmlak, zaminlik, qarantiya və sair ola bilər.