Ekvayrinq

Şirkətinizin satış həcmlərini artırmaq, əməliyyat xərclərinizi azaltmaq və müştərilərə xidmət keyfiyyətini yüksəltmək istəyirsinizsə, onda ABB-nin Ekvayrinq (bank kartlarının ödənişə qəbulu) xidmətindən faydalanın!

Bank kartların ödənişə qəbul edilməsi Sizin müəssisəniz üçün yeni imkanlar yaradır:

Satış həcmləriniz artır

Bank kartının sahibi sadәcә əlində olan nağd pulla deyil, bank hesabında olan bütün pulla alış-veriş edir. Bankda kredit limiti olan müştərilər isə hətta hesabda olan məbləğdən artıq vəsaitlә alış-veriş edə bilərlər. Beləliklə, Siz dә satışlarınızı artırmaq imkanını əldə edirsiniz.

Xərcləriniz azalır

Nağd pulun saxlanması, sayılması, banklara təhvil verilməsi vә sair kimi vaxt aparan vә riskli әmәliyyatların aparılmasını minimuma endirirsiniz. Pulunuzun oğurlanması vә ya itmәsi, saxta pulların qəbul edilməsi kimi risklәrdәn azad olursunuz. Xırda pul problemi vә sair problemlәrlә heç qarşılaşmayacaqsınız.
Azərbaycan Beynəlxalq Bankı tərəfindən Sizə verilmiş “POSCard” kartı ilə hesabınızda olan pulu Banka yaxınlaşmadan, istәdiyiniz zaman bankomatdan nağd ala bilərsiniz vә ya bu kartla istәdiyiniz alış-verişi edə bilәrsiniz.
Müştәri sayınız artır

Ölkəmizdə bank kartlarının istifadəsi gündən-günə artır. Üstəlik, Azərbaycana gәlәn qonaqlar kart istifadә etmәyә üstünlük verirlәr. Beləliklə, Sizin müəssisəniz kart qəbul etməyən müəssisə ilə müqayisədə daha əlverişli şəraitdə olacaq.

Azərbaycan Beynəlxalq Bankı ilə plastik kartların qәbulunu tәşkil etmәk sizin üçün çox əlverişlidir!

  • Bankımızda hesabın açılması – pulsuz!
  • POS-terminalın quraşdırılması – pulsuz!
  • Müəssisə işçilərinin təlimatlandırılması – pulsuz!
  • POS-hesablardan nağd vəsaitlərin verilməsi üzrə xidmət haqqı – cəmi 0,5%!
  • POS-hesabınıza bağlı POSCard debit kartı – pulsuz!
Əlavә edilmiş formanı doldurub Azәrbaycan Beynәlxalq Bankına göndәrin. Bankımızın әmәkdaşları әn qısa zamanda müәssәnizdә POS-terminalı quraşdıracaqlar.

Müәssisәnizdә POS-terminal quraşdırılması üçün lazım olan sәnәdlәr

  • Ərizә forması
  • Bank ilə POS-terminalın quraşdırılması haqqında müqavilə

Plastik kartların qəbul edilməsi qaydaları

  1. Əməliyyat aparmaqdan öncə, müştərinin kartını yoxlayın. Kartın arxa tərəfində müştərinin imzası olmalıdır.
  2. Müştәrinin borcu olan mәblәğini POS – terminala daxil edin.
  3. Müştəridən PİN-kodunun daxil edilməsini xahiş edin.
  4. POS-terminalın çap etdiyi çek iki eyni hissədən ibarətdir. Bir hissəsi müştəriyə qaytarılır, digəri isə müştəri tərəfindən imzalanır və müəssisənizdə qalır.
  5. Müştәrinin hesabından pul avtomatik olaraq Sizin Azərbaycan Beynəlxalq Bankındakı hesabınıza köçürülür.

POS-terminalilə hərhansı problem yaranarsa aşağıda göstərilən telefon nömrələrinə zəng vurun və ya Bankın xidmət olunduğunuz filialına/şöbəsinə müraciət edin.

AzeriCard Müştəri Xidmәti: (24 saat / gecә-gündüz)

(+ 99412) 598 4376, (+ 99412) 598 4697

Azərbaycan Beynəlxalq Bankı, Mәlumat Mərkəzi:

(+ 99412) 437 7900 və ya *2265 (mobil rabitə operatorlarının abunəçiləri üçün)