E-commerce

Azərbaycan Beynəlxalq Bankı Sizin biznesinizin yeni texnologiyalar əsasında dinamik inkişafı üçün Sizə Elektron Ticarət (e-commerce) xidmətini təklif edir.

Sizin internet mağazanız və ya məhsul və xidmətlər təklif edən internet səhifəniz var və siz istəyirsiniz ki:

  • Məhsul və xidmətlərin satışına görə Visa International və MasterCard International sistemlərinin kartları vasitəsilə aparılan ödənişlər qəbul edəsiniz;
  • Ödənişlər haqqında onlayn rejimdə məlumat alasınız;
  • Müştərilərinizin sayını artırasınız;
  • Müştərilər üçün daha rahat ödəmə xidmətləri təklif edəsiniz;
  • Ödənişlərin yüksək təhlükəsizliyini təmin edəsiniz;
  • Real rejimdə ödəniş nəticələrini və müəyyən dövr ərzində ödənişlərin statistikasını biləsiniz.

Bu halda internet səhifənizi ABB-nin Elektron Ticarət xidmətinə qoşulun!
Müştəriləriniz üçün rahatlıq

  • Alış-verişlər üçün ofis və ya evi tərk etməyə ehtiyac yoxdur;
  • Ödənişlər 24×7 rejimində, on-line şəkildə icra edilir;
  • Ödəniş üçün geniş yayılmış vasitədən – Visa International və MasterCard International bank kartlarından,  istifadə olunur.

Müəssisəniz üçün yeni imkanlar və üstünləklər

Satış həcmi artır

“Internet mağaza” vasitəsilə müştərilər təkcə mağazanız yerləşdiyi şəhərdən deyil, ölkənin regionlarından və hətta xaricdən istədiyi malları günün 24 saat ərzində sifariş edə bilərlər. Bununla da müəssisənizin müştəri sayı və, müvafiq olaraq, satış həcmi artır. Hәr gün daha çox vәtәndaşımız plastik kart sahibi olur, internet mağaza xidmətlərindən daha çox istifadə edir vә bu xidmətin verdiyi güvәn vә rahatlığın nәticәsindә Sizin mağazanızın müştərilərinin sayıhər gün artacaq.

Kreditlə satış imkanı

“İnternet mağaza” həm alıcılar, həm də satıcılar üçün yeni imkanlar açır. Müştəri kredit kartı vasitəsilə ödənişini edir, malın dəyəri isə birbaşa satıcının bank hesabına köçürülür. Kreditlə satış təklif edən müəssisə üçün bu amil yeni imkanlar açır və satış həcmini artırır.

Yeni reklam kanalı

“İnternet mağaza”-da məhsul və xidmətlər təklif edən müəssisə üçün yeni reklam kanalı açılır. Beləki, müştəri hər hansı bir malı almaq üçün “İnternet mağaza”-ya müraciət etdikdə, bütün təkliflər ilə tanış olub, daha sərfəli qiymət və keyfiyyətli xidməti seçəcəkdir. Müəssisə burada yeni məhsullar, endirimlər və kampaniyalar haqqında məlumat yerləşdirərək, müştəriləri cəlb edə bilər. Daha yüksək keyfiyyətli mallar və xidmət təklif edən müəssisə müştərinin yaddaşında qalacaqdır.

Nağdsız və risksiz satış

Müəssisənin vəsaitləri təhlükəsiz şəkildə müştərinin kartından Sizin bank hesabınıza köçürülür, Siz istədiyiniz vaxt müəssisənizə məxsus vəsaiti müvafiq bank hesabından alıb, istifadə edə biləcəksiniz. Nağd pulun saxlanması, sayılması və daşınması ilə bağlı bütün risklәriniz ortadan qaldırılır. Kassir xәtaları, saxtakar müştәrilәrdәn meydana gәlә biləcәk risklәr vә xәrclәr dә azalmış olur. Qeyd edək ki, kartla ödəməni İnternetdə qorumaq üçün kart prosessinq mərkəzimiz olan AzəriKard MMC tərəfindən ən müasir təhlükəsizlik standartları tətbiq olunur.

Keyfiyyətli müştəri xidməti

Elektron Ticarət xidməti vasitəsilə Siz müştəriləriniz üçün rahat, çevik və operativ şəkildə alış-veriş etmək imkanını yaradırsınız və beləliklə, onlara göstərilən xidmət səviyyəsini artırırsınız.

Elektron Ticarət xidməti vasitəsilə hansı kartlar ödənişə qəbul olunur?

  • Hesabları istənilən valyutada olan VISA International və MasterCard International beynəlxalq ödəmə sistemlərinin kartları;
  • AzəriKard şirkəti tərəfindən xidmət olunan bütün bankların bank kartları.

Elektron Ticarət xidməti nə dərəcədə təhlükəsizdir?

ABB-nin Elektron Ticarət xidmətinin təmin edilməsi üçün 3D Secure protokolu tətbiq olunur. 3D Secure texnologiyalarının tətbiqi, internet saytlarında dələduzluq əməliyyatlarının keçirilmə risklərinin minimuma endirir. 3D Secure protokolu internetdə əməliyyat aparan müştərilərin vəsaitlərini qorumaq və bankların və şirkətlərin itkilərini azaltmaq məqsədi ilə VISA International və MasterCard International beynəlxalq ödəmə sistemləri tərəfindən hazırlanmışdır (VISA International şirkəti tərəfindən hazırlanan 3D-Secure protokolu Verified by Visa, MasterCard International şirkəti tərəfindən isə hazırlanan protokol MasterCard SecureCode adlanır). İnternet saytınızda ödəniş zamanı həmin protokolların loqotipləri göstəriələcək.