Əmək haqqı kartları

Əmək haqqı kartı nədir?

Əmək haqqı kartı işçilərinizin adına açılan bir bank kartıdır. İşçiyə çatacaq əmək haqqı, mükafat, məzuniyyət, ezamiyyə ödənişləri və digər bu kimi ödənişlər Bank tərəfindən təşkilatınızın hesabından bu karta köçürüləcək. Əmək haqqı kartı öz sahiblərinə fərdi kartların təqdim etdiyi bütün imkanları  verir: nağd vəsaitin çıxarılması, alış-verişlərin ödənilməsi, xidmət haqqlarının ödəilməsi və s.

Əmək haqqı kartlarının illik xidmət haqqı* və bankomatlar vasitəsi ilə vəsaitlərin nağdlaşdırılmasına görə komissiya** Sizin şirkətiniz tərəfindən ödənilir. Beləliklə, müəssisənin işçiləri heç nə itirmirlər!

* Kartın illik xidmət haqqı Bankla Müəssisə arasında müqavilə ilə müəyyən edilir.
** Vəsaitlərin nağdlaşdırılmasına görə komissiya Bankla Müəssisə arasında müqavilə ilə müəyyən edilir.

Şirkətiniz üçün üstünlüklər

  • Nağd pul vəsaitlərinin daşınmasına, qorunmasına və işçilərə paylanmasına sərf edilən iş vaxtı, işçi qüvvəsi və xərclər azalır.
  • Əməkdaşlarınızın iş səfərləri ilə bağlı bütün odənişlər əmək haqqı kartına köçürülə bilər. Hesabdan çıxarışlar isə əməkdaşın səfərlə bağlı xərclərinə nəzarət etmək imkanını verir.
  • İşçilərin əmək haqlarının məbləğləri barədə məlumatın məxfiliyi qorunur.

 

Əmək haqqı kartı işçilərinizə hansı üstünlükləri verir?

  •  Əməkdaşlarınız heç bir əlavə xərc çəkmədən dünyanın bütün ölkələrində qəbul olunan aparıcı ödəniş sistemlərinin beynəlxalq plastik kartının sahibi olurlar.
  • Əməkdaşlarınız əmək haqqı, mükafat və sair odəmələri günün istənilən saatında, ilin 365 günündə, əlverişli yerdə və münasib vaxtda, həmçinin dünyanın hər hansı bir ölkəsində ala bilərlər. ABB gecə-gündüz işləyən geniş bankomatlar şəbəkəsinə malikdir. Bundan başqa, kart sahibləri Bankın istənilən filialında və ya şöbəsində POS-terminal vasitəsilə nağd vəsait ala bilərlər.
  • Səyahət edərkən əməkdaşlarınız pullarını bəyan etmək və getdikləri ölkədə onları mübadilə etmək zərurətlərindən azad olurlar.
  • Bankımızın elektron bankçılıq xidmətləri vasitəsilə əməkdaşlarınız öz hesablarını rahat və sürətli şəkildə idarə etmək, müxtəlif ödəmələr aparmaq və digər bank əməliyyatlarını online rejimində həyata keçirə bilərlər.
  • İşçiləriniz yalnız cari xərclərini ödəmək üçün tələb olunan vəsaitləri nağdlaşdırmaqla, pullarını kart hesablarında saxlayaraq və ya yığım, əmanət və başqa hesablara köçürməklə öz xərclərinə nəzarət etmək və büdcələrini planlaşdırmaq imkanı əldə edirlər.
  • Müəssisənin əməkdaşları vəsaitlərini istər milli valyutada, istərsə də ABŞ dollarında nağdlaşdıra bilərlər ki, bu da onları dəyişdirilmə məntəqəlrindən saxta əskinaslar alınması riski ilə valyuta almaq zərurətindən azad edir.

 

Layihəyə necə qoşulmalı?

  •  Azərbaycan Beynəlxalq Bankı ilə müvafiq müqavilə bağlayın.
  • Bankda cari hesabınızı açın.
  • Əməkdaşlarınıza aid olan məlumatları əks etdirən elektron formanı doldurub Banka təqdim edin.
  • Kartların buraxılmasına görə komisyon haqlarını ödəyin.
  • Təqdim etdiyiniz məlumatlar əsasında hər bir əməkdaşının adına cari hesab açılacaq və bank kartı buraxılacaq.
  • Kartlar işçilərinizə paylamaq üçün Sizin şirkətinin nümayəndəsinə təhvil veriləcək.

 

Əmək haqqının köçürülməsi

  • Müştəri, işçilərinə əmək haqqının verilməsindən bir gün öncə işçilərin kart hesablarına köçürülən məbləğlər göstərilməklə Banka ödəniş tapşırığı təqdım edir və müqavilədə müəyyən edilmiş həcmində komissiya haqqını Banka ödəyir.
  • Bank həmin iş günü ödəniş tapşırığında göstərilən məbləğləri Müştərinin işçilərini kart hesablarına köçürür.