Seyflərin icarəsi

Qiymətli əşyalarınızı, sənədlərinizi və s. etibarlı şəkildə saxlamaq üçün Azərbaycan Beynəlxalq Bankı Sizə depozit seyflərindən istifadə etməyi təklif edir.

Depozit seyfi nədir?

Bankın filialında yerləşən və müştəri tərəfindən hər hansı əşyanın, sənədin, pul məbləğinin və s. saxlanılması üçün icarəyə götürülən fərdi bank seyfidir.

Depozit seyflərinin təhlükəsizliyi necə təmin olunur?

Depozit seyfləri Bankın xüsusi təhlükəsizlik sistemləri ilə təchiz edilmiş otaqlarda yerləşir. Depozit seyfləri iki qıfıl və iki açar ilə təmin olunur. Hər iki qıfıl və hər iki açar biri-birindən fərqlənir. Açarın biri ilə yalnız qıfılın biri açıla bilər, açarın ikincisi ilə, yalnız ikinci qıfıl açıla bilər. Seyf yalnız hər iki açarın bir yerdə istifadəsi nəticəsində açıla və bağlana bilər. Açarın biri müştəridə, digəri isə filialın xəzinəsində saxlanılır.

Depozit seyflərində saxlanılan əşyaların məxfiliyi necə təmin edilir?

Depozit seyfindən istifadə edilməsi üçün, depozit seyflərinin yerləşdiyi otağın yaxınlığında ayrıca baxış otağı təşkil olunur. Bu otağın girişində (çöl tərəfdən) videonəzarət kamerası quraşdırılır. Otaqda müştərilərə depozit seyfindən istifadə edilməsi üçün müvafiq şərait yaradılır. Otaqlar depozit seyfləri üzrə məsul şəxslə əlaqə saxlamaq üçün telefonla ilə təchiz olunur.

Depozit seyflərinin icarəyə verilməsi necə rəsmiləşdirilir?

Depozit seyflərinin icarəyə verilməsi depozit seyfinin icarəyə verilməsi haqqında müqavilənin  (Müqavilə nümunəsi) bağlanılması ilə həyata keçirilir

Depozit seyfinin icarəyə götürülməsi üçün hansı sənədlər tələb olunur?

  • Ərizə;
  • Hüquqi şəxsin nizamnaməsinin surəti;
  • Dövlət qeydiyyatına alınması haqqında sənədin surəti;
  • Depozit seyfindən istifadə səlahiyyətinə malik olan müvəkkil şəxsin təyin edilməsi haqqında təsisçilərin qərarının əsli;
  • Müvəkkil şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti.

Depozit seyflərinin icarə haqqı tam şəkildə əvvəlcədən ödənilirvə seyfin ölçüsündən asılı olaraq dəyişir:

Seyfin olçüsü 1 aylıq icarənin qiyməti
kiçik seyf (1500 kv.sm-dək) 20 AZN (ƏDV-siz)
böyük seyf (1500 kv.sm-dən artıq ) 40 AZN (ƏDV-siz)

 

Depozit seyfindən istifadə etmək hüququ digər şəxslərə verilə bilərmi?

Müştəri digər şəxslərə depozit seyfindən istifadə etmək hüququnu notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında verə bilər. Bu halda həmin şəxslərə dair məlumat ərizədə göstərilməlidir.

Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilənin müddəti nə qədərdir?

Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilənin minimal icarə müddəti 1 (bir) gün, maksimal icarə müddəti 1 (bir) ildir. İcarə müddəti bitdikdən sonra müştəri müqaviləyə xitam vermədiyi halda, onunla bağlanmış müqavilə avtomatik olaraq əvvəlki müddətə uzadılır.

Müştəri depozit seyfinin açarını itirdikdə nə etməli?

Müştəri depozit seyfinin açarını itirdikdə o, filiala müvafiq ərizə (Seyf acarının itirilmesi haqqında ərizənin nümunəsiilə müraciət edir. Müştərinin müraciəti əsasında Bankda xüsusi Komissiya yaradılır və seyfin açılması həmin Komissiyanın və bilavasitə müştərinin iştirakı ilə təmin edilir. Yeni qıfılın quraşdırılması, yeni açarların hazırlanması və bununla bağlı digər xərclər müştəridən tutulur.