Tarixi hadisələr

2014

Visa İnternational şirkəti ilə birgə Azərbaycanda ilk dəfə Visa PayWave kartlarının emissiyasına başlamışdır.

2010

American Express-lə müştərək şəkildə dünyanın ən nüfuzlu kartlarından birinin — Platinum Card-ın buraxılışına başlamışdır.

2009

ABŞ-ın Nyu-York şəhərində Bankın nümayəndəliyi açılmışdır.

Bank Western Union sistemi ilə əməkdaşlığa başlamışdır

2008

Azərbaycanda ilk dəfə olaraq nağd pulları qəbul etmək imkanına malik olan “Cash-in” bankomatlarını, eləcə də "MobilBank" xidmətini təqdim etmişdir.

Lüksemburqda Bankın nümayəndəliyi aşılmışdır

2007

ABB-nin törəmə bankı “Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan” bank fəaliyyətinin aparılması üçün lisenziya almışdır.

2006

Əhaliyə yeni “KartTransfer”– bir ödəniş kartından digərinə pul köçülmələri xidmətini istifadəyə vermişdir.

2005

Frankfurt şəhərində Bankın Nümayəndəliyi fəaliyyətə başlamışdır.

Rusiya Federasiyasının Yekaterinburq şəhərində «MBA-Moskva» bankının filialı açılmışdır.

2003

İnternet Banking xidmətinin tətbiqinə başlamışdır.

«ABB-Moskva» MMC-nin Sankt-Peterburq şəhərində filialı açılmışdır.

2002

«Beynəlxalq Sığorta Şirkəti»-nin təsisçisi və yeganə sahibi olmuşdur

Rusiya Federasiyasının Moskva şəhərində «Azərbaycan Beynəlxalq Bankı - Moskva» törəmə strukturunu təsis etmişdir. Bu, Azərbaycan bankı tərəfindən ölkədən kənarda ilk törəmə strukturun yaradılması faktiki olmuşdur.

Londonda Bankın nümayəndəliyi açılmışdir.

1998

Bakı Fond Birjasının tamhüquqlu üzvü və həmtəsisçisi olmuşdur.

1997

Europay/MasterCard International beynəlxalq ödəniş sisteminin plastik kartlarının buraxılışına başlamışdır.

VISA International beynəlxalq ödəniş sisteminin tam hüquqlu üzvü olmuşdur.

Moskvada, MDB-nin maliyyə mərkəzində ABB-nin nümayəndəliyi açılmışdır.

ABB bankomatlar şəbəkəsinin yaradılmasına başlamışdır.

1996

Əhalinin bütün təbəqələrinə, fiziki və hüquqi şəxslərə klassik və müasir xidmətlərin təklif edilməsini nəzərdə tutan «Universal Bank» strategiyasını qəbul etmişdir. Eyni zamanda AzəriKard prossesinq şirkətinin həmtəsisçisi olmuşvə plastik kartlara xidmət göstərməyə başlamışdır

1995

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiyaları Cəmiyyəti (SWIFT)) üzvü olmuşdur.

1994

Europay International beynəlxalq ödəniş sistemivə Reuters beynəlxalq məlumat-dilinq sisteminin tamhüquqlu üzvü olmuşdur.

1993

Bakı Banklararası Valyuta Birjasının həmtəsisçisi və tam hüquqlu üzvü olmuşdur.

1992

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1992-ci il tarixli 545 nömrəli Fərmanı ilə səhmlərinin nəzarət paketi dövlətə məxsus olan səhmdar bankına çevrilmişdir və 30 dekabr 1992-ci ildə bank fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Milli Bankının Baş lisenziyasını almışdır.

1990

SSRİ Xarici İqtisadi Bankının Azərbaycan şöbəsi kimi yaradılmışdır.