İnsan resursları

Vakansiyalar

İnsan resursları

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə 1200 artıq işçini öz ətrafında birləşdirən, yüksək korporativ adətlərə malik olan ən iri bankdır.

 

ABB-də karyera qurmağın üstünlükləri

Bank özünün strateji məqsədlərinə nail olmaq üçün işçi heyətini öz gələcək uğurlarının təminatçısı olan intellektual kapitalı kimi qiymətləndirir və İnsan resurslarının idarə edilməsi üzrə ən mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan forma və metodların tətbiqini əsas prioritetlər kimi müəyyənləşdirmişdir.

Bu zaman əsas diqqət işçinin əməyinin qabiliyyət və bacarıqlar, xidməti nailiyyətlər, peşəkarlıq səviyyəsi nəzərə alınmaqla qiymətləndirilməsinə, Bank üzrə motivasiya sistemlərinin, onların tətbiqi mexanizmlərinin təkmilləşdirilməsinə, iş karyerasının planlaşdırılması sisteminin qurulması və idarə olunmasına, korporativ münasibətlərin inkişafına yönəldilmiş səylərin, innovasiya fəaliyyətinin dəstəklənməsinə yönəldilmişdir.

 

İşə qəbul

ABB-də mövcud vakant vəzifələrə işçilərin qəbulu müsabiqə yolu ilə aparılır. Bankda vakant vəzifə yarandıqda ona dair elan Bankın İnternet səhifəsinin İnsan resursları bölümündə və həmçinin, mətbuatda dərc olunur, müsabiqə şərtləri göstərilir, iddiaçılar tərəfindən təqdim olunacaq sənədlərin siyahısı açıqlanır.

Bankın İnsan resurslarının idarə edilməsi departamentinə daxil olan hər bir ərizə forması (anket) vakant vəzifəyə dair tələb olunan  meyarlar əsasında ətraflı təhlil edilir, yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər bir neçə mərhələdən ibarət müsahibələrə dəvət olunur.