Forsaj

Azərbaycan Beynəlxalq Bankı tərəfindən təqdim edilən “Forsaj” təcili köçürmələr sistemi vasitəsilə Siz bir neçə saniyə ərzində MDB ölkələrinə köçürmə apara bilərsiniz!

“Forsaj” xidməti  nədir?

“Forsaj” — fiziki şəxslər tərəfindən MDB ölkələrinə surətli şəkildə pul köçürməsini təmin edən təcili koçürmələr sistemidir.

“Forsaj” xidməti ilə vəsaiti hansı valyutalarda köçürmə etmək mümkündür?

“Forsaj” xidməti vasitəsi ilə müxtəlif valyutalarda – ABŞ dolları, avro və rus rublu ilə köçürmə aparmaq olar.

“Forsaj” xidmətindən necə və harda istifadə etmək olar?

“Forsaj”  təcili pul köçürmələri ABB-nin bütün filial və şöbələrində tətbiq olunur. Xidmətdən istifadə etmək üçün ABB filial və ya şöbəsinə yaxınlaşaraq, şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməli və vəsait köçürdüyünüz şəxsin (alan müştəri)  adını və soyadını bildirməlisiniz.

Diqqət! Köçürülən vəsait yalnız “Forsaj” xidmətini dəstəkləyən bankların filiallarından alına bilər.

“Forsaj” xidməti ilə maksimal nə qədər pul köçürmək mümkündür?

“Forsaj” təcili köçürmələr sistemi ilə köçürülən vəsaitin maksimal məbləği 150 000 rus rublu, 4 500 ABŞ dolları, 3 500 avro təşkil edə bilər.

“Forsaj” təcili köçürmələr sistemi vasitəsilə aparılan köçürmələrə görə xidmət haqqı aşağıdakı kimidir:

Rus rublu ilə

Кöçürmənin ölkəsi Кöçürmənin ölkəsi Komisyon haqqı
GürcüstanQırğızıstanMoldova

Tacikistan

Rusiya Federasiyası

Özbəkistan

Ukrayna

0-150 000 Rus rublu daxil olmaqla  1,8%, 149 Rus rublundan aşağı olmamaq şərti ilə 

ABŞ dolları ilə

Кöçürmənin ölkəsi Кöçürmənin ölkəsi Komisyon haqqı
GürcüstanQırğızıstanMoldova

Tacikistan

Rusiya Federasiyası

Özbəkistan

Ukrayna

0-4 500 ABŞ dolları daxil olmaqla  1,8%, 5 ABŞ dolları aşağı olmamaq şərti ilə 

Avro ilə

Кöçürmənin ölkəsi Кöçürmənin ölkəsi Komisyon haqqı
GürcüstanQırğızıstanMoldova

Tacikistan

Rusiya Federasiyası

Özbəkistan

Ukrayna

0-3 500 avro daxil olmaqla 

 

1,8%, 4 avrodan aşağı olmamaq şərti ilə 

Əlavə məlumat üçün Azərbaycan Beynəlxalq Bankının Mәlumat Mərkəzinə müraciət edə bilərsiniz:

(012) 937 və ya (012) 437 7900 /  mobil rabitə operatorlarının abunəçiləri üçün: *BANK (*2265)