Yeni müştərilər üçün kredit

Azərbaycan Beynəlxalq Bankı Sizə tez, rahat və sərfəli şəkildə kredit almağı təklif edir!

Kredit şərtləri

  • Məbləğ – 10 000 manatadək (əmək haqqının 10 mislinədək)
  • Müddət –  6-36 ayadək
  • Faiz dərəcəsi:
    • 12 ayadək – 28%,
    • 13-36 ayadək – 29%*
  • Təminat:
    • 3.000 manatadək kredit üçün bir zamin tələb olunur
    • 3.000 manatdan yuxarı kredit üçün iki zamin tələb olunur
    • Zaminin əmək haqqısı və ya pensiyası aylıq annuitet ödənişin 150 faizini təşkil etməlidir
    • Fərdi qaydada kredit məbləğindən asılı olmayaraq zaminlik tələb oluna bilər
  • Komisyon haqqı – 1%

Krediti kim ala bilər?

  • Hazırda işlədiyi müəssisədə iş stajınız ən azı 6 ay olan əməkdaşlar
  • Yaşı minimum 20, maksimum – kredit öhdəliyinin sonuncu ödəniş tarixinə 65 yaşı olanlar

Hansı sənədlər tələb olunur?

  • Borcalan üçün:
    • Şəxsiyyəti təsdiq edən sənəd
    • İş yerindən arayış və ya rəsmi gəlirləri təstiq edən digər sənədlər (əmək haqqı və iş stajı qeyd olunmaqla)
  • Zamin üçün:
    • Şəxsiyyəti təsdiq edən sənəd
    • İş yerindən arayış və ya rəsmi gəlirləri təstiq edən digər sənədlər
    • Təqaüd haqqında arayış

Krediti necə rahat ödəmək mümkündür?

  • OnlineKredit xidməti vasitəsilə (İnternet səhifəmizdə).
  • Avtomatik Ödəmə xidməti vasitəsilə (avtomatik kart hesabınızdan köçürüləcək).
  • Nağd şəkildə istənilən filial və ya şöbəmizdə.

Gecikməyə görəcərimə necə hesablanır?

  • 7 təqvim gündən başlayaraq, hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1%‑i (minimum 1 AZN) miqdarında cərimə hesablanır.