TPIN kodu

TPİN kod nədir?

TPİN (Telephone Personal Identification Number) – Müştərini telefon vasitəsilə eyniləşdirilməsi üçün istifadə edilən 7 rəqəmli koddur.

TPİN kod necə istifadə olunur?

TPİN kodu vasitəsi ilə Siz hesabınız haqqında məlumatı telefonla ala bilərsiniz.  Bunun üçün bankın Məlumat Mərkəzinə zəng edib, operatora adınız, soyadınız, hesab nömrəniz və TPİN kodunuzu söyləməlisiniz.

TPİN kodu necə əldə etməli?

TPİN kodu əldə etmək üçün Siz, hesabınıza xidmət göstərən bankın filial və ya şöbəsinə müraciət edərək, müvafiq ərizə və şəxsiyyət vəsiqənizi təqdim etməlisiniz.

TPİN kod xüsusi proqram vasitəsi ilə yaradılır. Proqram təminatı avtomatlaşdırılmış şəkildə TPİN kodunun generasiyasını yerinə yetirir və SMS vasitəsilə müştərinin ərizə formasında qeyd olunan mobil nömrəsinə göndərir.

Azərbaycan Beynəlxalq Bankı, Mәlumat Mərkəzi:

(+ 99412) 437 7900 vəya *2265 (mobil rabitəoperatorlarının abunəçiləri üçün)