R@ndevu xidmətindən istifadə qaydaları

“R@ndevu” xidmətindən istifadə etmək üçün:

  • Azərbaycan Beynəlxalq Bankının Məlumat Mərkəzinə  zəng vurun və ya bankın internet səhifəsində “R@ndevu xidməti” bölməsinə (http://randevu.ibar.az/) keçin
  • Adınız, soyadınız, email ünvanınızı və mobil telefon nömrənizi bildirin, Sizə lazım olan filial, xidmət və məhsul, görüşün tarix və vaxtını seçin və  R@ndevu təyin edin.
  • Görüşün təsdiqlənməsinə dair məlumat (RDV kodu) bir neçə dəqiqə ərzində email ünvanı və/və ya mobil telefon nömrənizə göndəriləcək. RDV kodu banka yaxınlaşdıqda Sizə lazım olacaq.

Qeyd: görüş yalnız növbəti iş gününə təyin oluna bilər!

Təyin etdiyiniz tarixdə banka gələrək, elektron növbə printerində “Görüş təyin etmişəm” düyməsini seçin:

və RDV-kodunuzu daxil edin:

Printer Sizin biletinizi çap edəcək. Biletin üzərində Sizin sıra nömrəniz qeyd olunacaq:

 

Diqqət: görüşə vaxtı-vaxtında gəlməli olduğunuzu bilməlisiniz. Siz 1 dəqiqə belə gecikdiyiniz halda, ümumi növbədə gözləməli olacaqsınız!

Bankın müştəri xidməti saatları: 09:30 – 17:00