POS-Kredit

Azərbaycan Beynəlxalq Bankının POS – Kredit xidməti Sizə nağd vəsaitin kart hesabınıza dərhal, “online” rejimində əks etdirilməsi imkanını verir.

POS – Kredit xidməti nədir?

POS – Kredit xidməti  kart sahiblərinə daha keyfiyyətli və çevik xidmətin göstərilməsi üçün kart hesablarına mədaxil olunan vəsaitin “online” rejimində kartın balansında əks etdirilməsi imkanını verən xidmətdir.

POS – Kredit xidmətindən necə istifadə etmək olar?

POS – Kredit xidmətindən istifadə etmək üçün Bankın filial və ya şöbəsinə yaxınlaşaraq, nağd vəsaitin qəbulu (mədaxili) üçün xəzinədara müraciət etməli və əməliyyatın aparılması üçün kartınızı təqdim etməlisiniz.

POS – Kredit xidməti vasitəsilə hansı kartlara vəsait köçürmək olar?

POS – Kredit xidməti vasitəsilə AzeriCard prosessinq mərkəzində xidmət olunan kartlara (American Express kartları istisna olmaqla) vəsait köçürmək olar.

POS – Kredit xidmətiüzrə aşağıdakı tarif dərəcələri müəyyən edilir:

Kartların növü Komisyon haqqının ölçüsü
ABB-nin kartları 0%
ABB-Moskva MMC-nin kartları 0,1%
AzeriCard MMC-nin xidmət göstərdiyi digər bankların kartları 0,1%

Bank kartdan istifadə edərkən hər hansı problem yaranarsa aşağıda göstərilən telefon nömrələrinə zəng vurun və ya bankın Sizə yaxın olan filialına müraciət edin.

AzeriCard Müştəri Xidmәti: (24 saat / gecә-gündüz)

(+ 99412) 598 4376, (+ 99412) 598 4697

Azərbaycan Beynəlxalq Bankı, Mәlumat Mərkəzi:

(+ 99412) 437 7900 vəya *2265 (mobil rabitə operatorlarının abunəçiləri üçün)