Pensiyaçılar üçün kredit

Pensiyanızı kartlarımız vasitəsilə alırsınız?

O zaman, Azərbaycan Beynəlxalq Bankı Sizə tez, rahat və sərfəli şəkildə kredit almağı təklif edir!

Kredit şərtləri

  • Məbləğ – 15 000 manatadək
  • Müddət – 36 ayadək
  • İllik faiz dərəcəsi:
    • Təminatsız kreditlər üzrə  – 29%
    • Təminatlı kreditlər üzrə: 27%, (zamin ABB-nin kartı vasitəsilə əmək haqqı və
      ya pensiya alan şəxs olduğu halda)
  • Təminat:
    • 5 000 manatadək zaminsiz
    • 5001 – 10 000 manat məbləğdə bir nəfər zamin ilə
    • 10 000 manatdan yuxarı iki nəfər zamin ilə
    • Zaminin əmək haqqı və ya pensiyası aylıq annuitet ödənişin 100 faizini təşkil etməlidir (Zamin sayı birdən çox olduqda cəmi gəlirə tətbiq edilir.)
    • Fərdi qaydada kredit məbləğindən asılı olmayaraq zaminlik tələb oluna bilər
  • Komisyon haqqı – 1%
  • Ödəniş növü – aylıq annuitetlə

Krediti kim ala bilər?

  • Pensiyanı ABB tərəfindən buraxılmış “Pensiya” kartları vasitəsilə alan şəxslər.\
  • Potensial borcalanın MKR (Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış)
    üzrə milli valyutada olan aktiv kreditlərində son 3 ayda 60 gündən yuxarı
    gecikməsi olmamalıdır;
  • Yaşı kredit öhdəliyinin sonuncu ödəniş tarixinə 69 yaşı olanlar.

Hansı sənədlər tələb olunur?

  • Borcalan üçün: şəxsiyyəti təsdiq edən sənəd
  • Zamin üçün:
    • Şəxsiyyəti təsdiq edən sənəd
    • İş yerindən arayış və ya rəsmi gəlirləri təsdiq edən digər sənədlər(əmək haqqını ABB-nin kartı vasitəsilə aldıqda tələb olunmur)
    • Pensiya haqqında arayış(ABB-nin kartı vasitəsilə alan təqaüdçülər istisna olmaqla)

Krediti necə rahat ödəmək mümkündür?

  • OnlineKredit xidməti vasitəsilə (İnternet səhifəmizdə).
  • Avtomatik Ödəmə xidməti vasitəsilə (avtomatik kart hesabınızdan köçürüləcək).
  • Nağd şəkildə istənilən filial və ya şöbəmizdə.

Gecikməyə görə cərimə necə hesablanır?

  • 7 təqvim gündən başlayaraq, hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin  1%‑i (minimum 1 AZN) miqdarında cərimə hesablanır.