Pensiya+

Azərbaycan Beynəlxalq Bankı bütün ABB-nin pensiya kartlarının sahiblərinə “Pensiya+” xidmətini təklif edir.

“Pensiya+” xidməti nədir?

“Pensiya+” xidməti çərçivəsində bütün pensiya kartlarının sahibləri banka müraciət edərək,borc müqaviləsini imzalayıb, müvafiq limiti əldə edə bilərlər.

“Pensiya+” xidmətinin şərtləri hansılardır?

  • Xidmət pulsuzdur, təqaüdçüdən heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur.
  • Kredit limiti yalnız müəyyən ticarət müəssisələrində nağdsız alış-veriş zamanı həmçinin ABB-nin bankomatları ve rəsmi internet səhifəsində kommunal ödənişlərin aparılması üçün istifadə oluna bilər.
  • Kredit limitinin istifadəsi pensiya vəsaiti tam xərcləndikdən sonra mümkündür.
  • Yaranmış borc növbəti ayın pensiya məbləğindən avtomatik şəkildə tutulur.
  • Borc tam ödənildikdən sonra kredit limiti yenidən aktivləşdirilir.

“Pensiya+” xidmətinə yalnız ABB-nin bank kartları vasitəsilə 100 manatdan çox pensiya alan müştərilər avtomatik olaraq Bank tərəfindən qoşulur.

Kredit limitini hansı ticarət müəssisələrində istifadə etmək olar?

  • Azəri-Med apteklər şəbəkəsi
  • Neptun supermarketlər şəbəkəsi
  • Araz supermarketlər şəbəkəsi
  • Makromarket supermarketlər şəbəkəsi
  • Armo Store supermarketlər şəbəkəsi
  • Rahat supermarketlər şəbəkəsi
  • Favorit supermarketlər şəbəkəsi
  • Arçelik mağazaları
  • Digər mağazalar

Qeyd: Müəssisələrin sayı davamlı şəkildə artırılacaqdır.

“Pensiya+” xidmətini dəstəkləyən ticarət müəssisələri 

Azərbaycan Beynəlxalq Bankı, Mәlumat Mərkəzi:

(+ 99412) 437 7900 / 937 / mobil rabitə operatorlarının abunəçiləri üçün: *BANK (*2265)

www.ibar.az/ info@ibar.az