“Yüzdə beş!” kampaniyası

“Yüzdə beş!”

100 manat xərclə, 5 dəqiqə qazan!

Visa kartları ilə ticarət məntəqələrində və internet saytlarında alış-veriş edin, internet, mobil rabitə haqlarını kart vasitəsilə ödəyin və xərclədiyiniz hər 100 manata 5 dəqiqə pulsuz danışıq vaxtını hədiyyə qazanın!  

Aksiyada qeydiyyat və iştirak pulsuzdur.

SMS-xəbərdarlıq xidmətinə qoşulmuş bank kartlarının sahibləri aksiyada avtomatik olaraq iştirak edirlər.

Aksiyada Azərbaycan Beynəlxalq Bankı tərəfindən xidmət göstərilən ticarət-xidmət müəssisələrində aparılan ödənişlər və Bankın “Onlayn Ödəmə” səhifəsi vasitəsilə keçirilən ödənişlər hesaba alınır.*

*Təqaüd, sosial və biznes kartları, aksiyada iştirak etmir. AlfaNet, Stream, Super Online və Smart internet provayderlərinin xidmətlərindən və B&B TV, DigiTurk kabel televiziya kanallarından istifadə haqqları, KartTransfer və Cash-by-Code xidmətləri vasitəsilə köçürmələr aksiyada nəzərə alınmır.

Visa kartı istifadəçisinə hədiyyə olunan dəqiqələrin cəmini müəyyən etmək üçün müştərinin hər ayın 19-da Azərbaycan Beynəlxalq Bankı tərəfindən xidmət göstərdiyi ticarət-xidmət müəssisələrində aparılan ödənişləri hesablanır və hər 100 manata 5 dəqiqə hədiyyə edilir. Hədiyyə dəqiqələri hesablandıqdan sonra ayda bir dəfə SimSim istifadəçilərinin telefonlarının balansına növbəti iş günü ərzində yüklənir.

Fakturalı xətt abunəçilərinin balansına hədiyyə dəqiqələri Azercell qaydalarına uyğun olaraq cari faktura dövrü bitdikdən sonra yüklənir. Ay ərzində hər bank kartına maksimum 150 dəqiqə hədiyyə edilə bilər. Ay ərzində hədiyyə dəqiqələrin sayı 150–dən çox olduğu halda, qalıq hədiyyə dəqiqələri istifadəçilərinin balansına növbəti ay ərzində yüklənir. Hədiyyə olunan dəqiqələr Azercell şəbəkəsində danışıqlara istifadə oluna bilər. Hədiyyə dəqiqələrdən istifadə müddəti 30 təqvim günü təşkil edir.

Azərbaycan Beynəlxalq Bankı tərəfindən xidmət göstərdiyi bir sıra ticarət-xidmət müəssisələrinin siyahısı:

VMF, Aztime, Villeroy & Boch, Ideal, Azza, Sevimli Dad, Makromarket, Citimart, Bazarstore, Araz supermarket, Riyadfarm, Zafaran, Sabina  P&C, Mango, Pink, Koton, Ermenegildo Zegna, Bakond, SOCAR Petroleum, Azpetrol