Kartınız barədə faydalı məlumatlar

Bunları yadınızda saxlamalısınız…

  • Kart üzərində yazılan ayın son gününədək etibarlıdır.
  • İstifadə müddətinin bitməsi ilə әlaqәdar yeni kart almaq arzusundasınızsa istifadə müddətinin bitməsinə ən azı bir həftə qalmış Banka müraciət etməlisiniz.
  • Kartınız oğurlandıqda və ya itirildikdə dərhal Banka məlumat verin. Yazılı məlumat vermək imkanına malik olmadığınız təqdirdə Bankla telefon vasitəsilə əlaqə saxlayın.
  • Kartınızla bağlı hər cür problemləri həll etmək üçün Siz aşağıdakı telefonlara zəng edə bilərsiniz:

AzeriCard Müştəri Xidmәti: (24 saat / gecә-gündüz)

(+ 99412) 598 4376, (+ 99412) 598 4697

Azərbaycan Beynəlxalq Bankı, Mәlumat Mərkəzi:

(+ 99412) 437 7900 və ya *2265 (mobil rabitə operatorlarının abunəçiləri üçün)

  • Kartınızın nömrəsini istifadə etməklə ölkə daxilində və xaricində mehmanxanalarda rezervasiya edə bilərsiniz. Rezervasiyadan imtina etdikdə, cavab olaraq sifarişdən imtina kodunu almağı unutmayın. Əks halda müvafiq məbləğ hesabınızdan tutula bilər.
  • Alış-veriş əməliyyatları apararkən imzaladığınız sənədə, xüsusi ilə də tarix və məbləğ bölmələrinə diqqət yetirin. Doldurulmamış sənəd imzalamayın.
  • Mütəmadi olaraq kart hesabınız üzrə çıxarışı əldə edib nəzərdən keçirin. Çıxarışda kartınız vasitəsilə aparmadığınız əməliyyatları gördükdə, bu barədə Banka müraciət edin.
  • Kredit kartınızdan istifadə edərkən kredit limiti aşdığınız təqdirdə Sizə cərimə faizləri tətbiq olunmasını unutmayın.
  • Bankomat və ya POS-terminal vasitəsilə nağd pul alarkən müəyyən olunmuş faizlərin tutulacağını unutmayın.
  • PİN-kod Xüsusi Kart Hesabınızda olan vəsaitlərinizlə əməliyyat aparmaq imkanı verən dörd rəqəmli gizli koddur. Kompyuter sistemi ilə avtomatik rejimdə seçilmiş PİN-kod Sizə kart ilə birlikdə bağlı zərfdə verilir. Bu PİN-kodu hətta Bankımızın işçiləri bilmir.
  • PİN-kodunuzu əzbərləyin. PİN-kodunuzu HEÇ VAXT kartın üzərində yazmayın. Əgər PİN-kodunuzu yadda saxlaya bilmirsinizsə, kartla kodunuzu ayrı-ayrı yerlərdə saxlayın. Bu onların birlikdə itməsinin və ya oğurlanmasının qarşısını ala bilər və pulunuzun hesabınızda toxunulmaz vəziyyətdə qalmağının zəmanəti olacaqdır.
  • PİN-kodunuzu yığarkən diqqətli olun, səhvlərə yol verməyin. Üç dəfə səhv yığdıqdan sonra kartınız bloklanacaqdır. Belə hallarda dərhal Bankımıza müraciət edin.