Güzəştli müddət

Bank kartlarımızın yeni maliyyə imkanları – faizsiz kredit

Bankımızın təklif etdiyi, Visa International və MasterCard International plastik kartınız Sizə maliyyə sərbəstliyi ilə bərabər xərcləmə və ödəmə rahatlığı da təqdim edir: kreditin güzəştli müddətindən (“grace period”) istifadə edərək, Siz 30 günə qədər faizsiz kreditdən faydalanmaq imkanını əldə edirsiniz.

Güzəştli müddət nədir?

Məsələn, yanvar ayının 1-də Siz, kredit kartınızdakı vəsaitlərindən istifadə edərək dəyəri 500 manat olan soyuducu almısınız. Növbəti 30 (otuz) gün ərzində həmin borcu tam şəkildə ödədiyiniz halda, istifadə etdiyiniz məbləğə görə faiz hesablanmır.

Alış əməliyyatdan sonrakı 30 gün ərzində borcunuzu ödəmədiyiniz halda, borca 31-ci gündən başlayaraq 22% kredit faizi hesablanır.

Borcu necə ödəmək olar?

1-ci variant: günün istənilən vaxtı sahib olduğunuz Əmək haqqı kartından “KartTransfer” – təcili pul köçürmələri xidməti vasitəsilə;

2-ci variant: günün istənilən vaxtı Bankın Cash-in (nağd pulu qəbul edən) bankomatlar vasitəsilə;

3-cü variant: Bankın filial və şöbələrinin kassalarında.

Xidmətin şərtləri

  • Güzəştli müddətlə kredit xidmətindən istifadə etdiyinz halda kredit faizi – 0%;
  • 30 günlük güzəştli müddət bitditikdən sonra kredit faizi – 22% (illik);
  • Kredit kartı manat və ya xarici valyutada verilir;
  • Güzəştli müddət məbləğindən asılı olmayaraq (təyin olunmuş kredit limiti çərçivəsində) kart vasitəsilə aparılan bütün növ əməliyyatlara şamil edilir;
  • Kredit xəttindən faizsiz istifadə müddəti (“grace period”) – 30 təqvim günü (əməliyyatın hesabdan keçməsi tarixindən) təşkil edir.

Xidmətin əldə edilməsinin şərtləri

Xidmətə qoşulmaq üçün aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Kreditin alınmasl üçün kredit sifarişi
  2. Şəxsiyyətinizi təqdiqləyən sənəd (qanunvericiliyə uyğun olaraq)
  3. Əmək haqqı haqqında arayış.