ManatExpress

Azərbaycan Beynəlxalq Bankının “ManatExpress” xidməti  vasitəsilə Siz bir neçə saniyə ərzində ölkədaxili köçürmə apara bilərsiniz!

 

“ManatExpress” xidməti  nədir?

“ManatExpress” təcili köçürmələr sistemi — fiziki şəxslər tərəfindən milli valyutada Azərbaycan Respublikasının ərazisində aparılan bankdaxili təcili koçürmələr sistemidir.

 

“ManatExpress” xidməti ilə vəsaiti hansı valyutada köçürə bilmək olar?

“ManatExpress” xidməti ilə yalnız milli valyutada (manat) köçürmə aparmaq olar.

 

“ManatExpress” xidmətindən necə və harda istifadə etmək olar?

“ManatExpress”  təcili pul köçürmələri ABB-nin bütün filiallarında tətbiq olunur. Xidmətdən istifadə etmək üçün ABB filial və ya şöbəsinə yaxınlaşaraq, şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməli və vəsait köçürdüyünüz şəxsin (alan müştəri)  adını və soyadını bildirməlisiniz.

         Diqqət! Köçürülən vəsait yalnız ABB filial və ya şöbəsindən alına bilər.

 

“ManatExpress” xidməti ilə nə qədər pul köçürmək olar?

“ManatExpress” təcili köçürmələr sistemi ilə köçürülən vəsaitin maksimal məbləği 10 000 AZN təşkil edir.

 

“ManatExpress” təcili köçürmələr sistemi ilə aparılan köçürmələrə görə xidmət haqqı aşağıdakı kimidir:

Köçürmə məbləği ( AZN ) Müştərinin ödədiyi komisyon haqqı
1 – 300-dək 1.5 AZN
300 – 10 000-dək Köçürmə məbləğinin 0,50%-i

Azərbaycan Beynəlxalq Bankı, Mәlumat Mərkəzi:

(+ 99412) 437 7900 və ya *2265 (mobil rabitə operatorların abunəçiləri üçün)