Kreditin verilməsi mərhələləri

İpoteka kreditiaşağıdakı mərhələlər üzrə verilir:

  1. İpoteka kreditini almaq istəyən şəxs təsdiq edilmiş şərtlərə müvafiq olaraq öz imkanlarını qiymətləndirməlidir.
  2. İpoteka kreditlərinin şərtlərinə cavab verən şəxsABB-yəmüraciət edərək ilkin qiymətləndirmədən keçməlidir.
  3. Bankmüraciət edən şəxsin təqdim etdiyi sənədlər əsasında ipoteka kreditini qaytarmaq qabliyətini həmçinin ipoteka qoyulan əmlakın dəyərini və vəziyyətini qiymətləndirməsi həyata keçirir. Nəticədə Bankkredit almaq istəyən şəxsə kreditin verilməsinə və ya verilməməsinə son qərar verir.
  4. Borcalan tərəfindən zəruri sənədlər toplanılır, kredit, ipoteka və sığorta müqavilələri imzalanılır və qanunvericiliyə uyğun qaydada təsdiq edilir və yaranan hüquqlar Dövlət qeydiyatına alınır.
  5. Kreditin verilməsi.
  6. Kredit üzrə öhdəliklərin icrası – müəyyən edilmiş ödəmə cədvəlinəuyğun olaraq kredit alan şəxs kredit üzrə ödənişlərini aparmalıdır.