İpoteka ilə bağlı xərclər

İpoteka kreditlərinin rəsmiləşdirilməsi üçün rüsum və müddətlər

Aparılan hərəkətin adı Rüsüm (AZN) Hərəkəti aparan idarənin adı “Dövlət rüsumu haqqında” AR Qanunu
Kredit müqavilələrinin təminatı kimi bağlanılan ipoteka müqavilələri üçün 28 Notariat kontorları Maddə 10.4.3
İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:: Notariat kontorları Maddə 10.4-1
Bakı şəhərində 110
digər şəhər və rayonlarda 44
Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: Notariat kontorları Maddə 10.4-2
Bakı şəhərində 55
digər şəhər və rayonlarda 22
Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə (Forma 1) 10 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Maddə 26.6
Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi 30 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Maddə 26.1.1
İpotekanın dövlət qeydiyyatına alınması üçün 20 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Maddə 26.2
İpotekanın təkrar və əlavə dövlət qeydiyyatına alınması üçün 10 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Maddə 26.4
Daşınmaz əmlakın ipoteka ilə yüklülükdən azad edilməsi 10 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Maddə 26.4
İpoteka kağızını tərtib edən şəxsin imzasının təsdiqi üçün 0,25 Notariat kontorları Maddə 10.16
İpoteka kağızının dövlət qeydiyyatı üçün 5 Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Maddə 21.5
İpoteka kağızının əlavə qeydiyyatı üçün 2 Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Maddə 21.6