İpoteka kreditləri (AİF)

Müddətlər                                                                       Tələb olunan sənədlər

Sığorta xərcləri                                                               Kreditin verilməsi mərhələləri

İpoteka ilə bağlı xərclər                                                 İpoteka ilə yüklü daşınmaz əmlakın qiymətləndirilməsi

 

Daşınmaz əmlakın girov götürülməsi yolu ilə verilən kreditlər ipoteka kreditləri adlanır.

Belə kreditlər ipoteka müqaviləsi əsasında verilir. İpoteka müqaviləsi notariat qaydasında təsdiq edilməli və dövlət qeydiyyatından keçməlidir. İpoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara tam əməl olunaraq bağlanılmalıdır.

Girovqoyanın və ya borcalanın öz öhdəliklərini vaxtında yerinə yetirmədiyi halda girov qoyulmuş əmlak girov götürən (Bank) tərəfindən öz tələblərini ödəmək məqsədi ilə hərrac vasitəsi ilə realizə edilə bilər.
Kreditin verilməsi haqqında qəti cavab müştərilə ilk danışıqlar, maliyyə və digər sənədlərin təhlilindən sonra verilir.

İpoteka kreditlərinin verilməsi şərtləri

Şərtlər Adi ipoteka kreditləri Güzəştli ipoteka kreditləri
Maksimal məbləğ 100 000 AZN 100 000 AZN
Maksimal illik faiz dərəcəsi 8% 4%
Maksimal müddət 25 il 30 il
İlkin ödəniş 20% 15%

Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:

  • Kredit Azərbaycan manatı ilə verilməlidir;
  • Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
  • İpoteka predmeti yalnız mənzil və ya fərdi yaşayış evi ola bilər;
  • Kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 80%-dən çox olmamalıdır;
  • İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır;
  • Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz.
  • Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
  • Kredit daşınmaz əmlakın ipotekası ilə təmin olunmalıdır;
  • İpoteka ilə yüklü edilən daşınmaz əmlak AİF tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
  • İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
  • Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
  • İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
  • Həyat sığorta müqaviləsi. Birgə borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və birgə borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;
  • AİF tərəfindən müəyyən olunan digər tələblər.

İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:

1. Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

  • şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
  • Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
  • məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  • üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;
  • elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;
  • idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);

2. Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin və Fövqəlada Hallar Nazirliyinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa).

Qeyd: İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.