Əmək haqqı kartlarının sahiblərinə kredit

Əmək haqqınızı kartlarımız vasitəsilə alırsınız?

O zaman, Azərbaycan Beynəlxalq Bankı Sizə tez, rahat və sərfəli şəkildə kredit almağı təklif edir!

Kredit şərtləri

  • Məbləğ – 15 000 manatadək
  • Müddət:
    • Təminatsız kreditlər üzrə – 24 ayadək
    • Təminatlı kreditlər üzrə  – 36 ayadək
  • İllik faiz dərəcəsi:
    • Təminatsız kreditlər üzrə – 29%
    • Təminatlı kreditlər üzrə – 27%,
  • Təminat:
    • Əmək haqqının üç mislindən və 3.000 manatdan yuxarı bir zamin tələb olunur
    • 10.000 manatdan yuxarı iki zamin tələb olunur
    • Zaminin əmək haqqı və ya pensiyası aylıq annuitet ödənişin 150 faizini
      təşkil etməlidir (Zamin sayı birdən çox olduqda cəmi gəlirə tətbiq edilir. Bu
      halda zaminlərdən ən azı birinin aylıq gəliri annuitet məbləğindən az
      olmamalıdır)
    • Fərdi qaydada kredit məbləğindən asılı olmayaraq zaminlik tələb oluna bilər
  • Komisyon haqqı:
    • Kredit məbləğinin 1%
  • Ödəniş növü – aylıq annuitetlə
  • Gecikməyə görə cərimə: 7 gündən başlayaraq (təqvim günü), gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1% (min.1AZN) miqdarında cərimə hesablanır.

Krediti kim ala bilər?

  • Əmək haqqını ABB tərəfindən buraxılmış “Əmək haqqı” kartları vasitəsilə alan şəxslər.
  • Potensial borcalanın MKR (Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış)
    üzrə milli valyutada olan aktiv kreditlərində son 3 ayda 60 gündən yuxarı
    gecikməsi olmamalıdır;
  • Hazırda işlədikləri müəssisələrdə iş stajı ən azı 6 ay olan əməkdaşlar.
  • Yaşı minimum 20, maksimum – kredit öhdəliyinin sonuncu ödəniş tarixinə 65 yaşı olanlar.

Hansı sənədlər tələb olunur?

  • Borcalan üçün: şəxsiyyəti təsdiq edən sənəd
  • Zamin üçün:
    • Şəxsiyyəti təsdiq edən sənəd
    • İş yerindən arayış və ya rəsmi gəlirləri təsdiq edən digər sənədlər (əmək
      haqqını ABB-nin kartı vasitəsilə aldıqda tələb olunmur)
    • Təqaüd haqqında arayış (ABB-nin kartı vasitəsilə alan təqaüdçülər istisna
      olmaqla)

Krediti necə rahat ödəmək mümkündür?

  • OnlineKredit xidməti vasitəsilə (İnternet səhifəmizdə).
  • Avtomatik Ödəmə xidməti vasitəsilə (avtomatik kart hesabınızdan köçürüləcək).
  • Nağd şəkildə istənilən filial və ya şöbəmizdə.

Gecikməyə görə cərimə necə hesablanır?

  • 7 gündən başlayaraq (təqvim günü), gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1% (min.1AZN) miqdarında cərimə hesablanır.

Kreditinizi indi sifariş edin!