ElKart

“ElKart” nədir?

“ElKart” Azərbaycan Beynəlxalq Bankının adsız, hissə-hissə ödəniş imkanlı kredit kartıdır.

“ElKart” VISA Classic və MasterCard Standard tipli kartlarının əsasında buraxılır və VISA payWave və MasterCard PayPass kontaktsız ödəniş xidmətlərini dəstəkləyir. “ElKart” 6-illik istifadə müddətinə buraxılır. Kartlar əlavə ödənişsiz SMS Xəbərdarlıq xidmətinə qoşulur.

Hissə hissə ödə!

“ElKart” ilə alış-veriş edərək, ticarət müəssisələrində məhsul və ya xidmətlərin dəyərini öz istəyinizə uyğun 1, 3, 6, 9 və ya 12 ay ərzində hissələrlə ödəyə bilərsiniz.

“ElKart” üzrə tətbiq olunan tariflər və şərtlər

  • “Elkart”-ın xidmət haqqı ödənişsizdir.
  • Kredit limitinin məbləği minimum 500 manat, maksimum 5000 manat təşkil edir.
  • Ayrılan kredit limitinin müddəti maksimum 2 il təşkil edir.

“ElKart” ilə istifadə edilən vəsaiti faizsiz ödəmək üçün bərabər hissələrə bölünmüş məbləğləri hər növbəti ayın 10-dək ödənilməlidir. İstifadə edilən vəsait üzrə ödənişlər faizsiz güzəşt müddəti ərzində ödənilmədiyi halda istifadə edilən vəsaitə 22% (illik) hesablanır.

Nağdlaşdırma

“ElKart” ilə bank tərəfindən əvvəlcədən elan edildiyi tarixlərdə ABB-nin bankomatlarında kartda olan vəsaiti nağdlaşdırmaq mümkündür. Nağdlaşdırılan vəsaitdən 1% (minimum 2 AZN) komissiya tutulur.

Misal üçün:

“ElKart” ilə ticarət müəssisəsində 3 aylıq bərabər hissələrlə ödəniş şərti ilə 300 manatlıq alış-veriş edirsiniz. Alış-veriş yanvar ayının 5-də baş verib. “ElKart”-da qalıq balansınız 700 AZN təşkil edir.

Xərclədiyiniz vəsaiti faizsiz qaytarmaq istəyirsinizsə, güzəştli ödəniş müddətindən istifadə edin və üç ay ərzində hər ayın 10-dək “ElKart” hesabınıza 100 AZN ödəyin.

300/3=100

Bu alış veriş üzrə Siz üç ödəniş etməlisiniz: fevralın 10-dək, martın 10-dək və aprelin 10-dək.

 

Hazırda “ElKart” Bakı, Gəncə və Sumqayıt şəhərlərində əmək haqqını ABB kartları ilə alan müştərilərə təqdim edilir.

 

www.elcard.az