Avtomatik Ödəmə

Azərbaycan Beynəlxalq Bankından həyatınızı asanlaşdıran, mütəmadi ödəmələrinizi avtomatlaşdırmağa imkan verən xidmət: “Avtomatik Ödəmə”

“Avtomatik Ödəmə” xidməti nədir?

  • “Avtomatik Ödəmə” xidməti Sizə mütəmadi olaraq apardığınız ödəmələri Banka gəlmədən avtomatik şəkildə aparmağa imkan verir. Məsələn, hər ay kredit borcunu ödəniyirsinizsə, “Avtomatik Ödəmə” xidməti vasitəsilə müəyyən etdiyiniz məbləğihər ay (və ya rüb, yarım il, il) müəyyən etdiyiniz tarixdə avtomatik olaraq hesabınızdan ABB-dakı digər hesaba köçürülməsi haqqında Banka tapşırıq verə bilərsiniz.

AvtomatikÖdəmə” xidməti vasitəsiilə hansı əməliyyatlar aparıla bilər?

  • ABB-da aldığınız kredit üzrə ödənişlər
  • ABB-da açılmış Sizin və ya yaxınlarınızın hesablarına hər hansı ödənişlər (alimentlər, maddi yardım və s.)

“Avtomatik Ödəmə” xidmətinin üstünlükləri hansılardır?

  • Vaxta qənaət: ödənişləriniz Siz banka gəlmədən avtomatik olaraq aparılır
  • Rahatlıq: müxtəlif təyinatlı ödənişlər vaxtı-vaxtında, gecikmədən icra olunur
  • Çeviklik: istənilən zaman “Avtomatik Ödəmə”nin ləğv edilməsi, yenidən bərpası və ya dəyişdirilməsi mümkündür

“Avtomatik Ödəmə” xidmətinə qoşulmaq üçün nə tələb olunur?

  • “Avtomatik Ödəmə” xidmətinə qoşulmaq (və ya xidmətdən imtina etmək, şərtləri dəyişdirmək) üçün Banka yaxınlaşıb xüsusi Ərizə formasını doldurmaq kifayətdir

“Avtomatik Ödəmə”yə qoşulmaq üçün hansı komisyon haqqı tutulur?

  • “Avtomatik Ödəmə” xidmətinə qoşulmaq üçün 5 manat məbləğində komisyon haqqı tutulur
  • Hər aparılan köçürmə əməliyyatına görə Bankın mövcud tariflərinə uyğun komisyon haqqı  tutulur

“Avtomatik Ödəmə” xidmətindən istifadə qaydalarını aşağıdakı misalda görə bilərsiniz:

Siz Bank tərəfindən buraxılmış əmək haqqı kartının sahibisiniz. Bankdan kredit almışsınız. Hər ay kreditin ödəniş cədvəli üzrə müәyyәn məbləğdə ödəniş aparmalısınız. Kreditin ödənişini əmək haqqı kartınızdan aparmaq istərdiniz, lakin, hər ay Banka yaxınlaşıb və bankomatdan pul çıxarıb ödəniş etmək üçün əlavə vaxt sərf etmək istəməzdiniz. “Avtomatik Ödəmə” xidməti Sizə banka cəmi 1 dəfə yaxınlaşıb mütəmadi ödənişlərinizi uzun müddət ərzində avtomatik icra olunmasına imkan verir.

Bunun üçün sadəcə xidmət olunduğunuz filiala/şöbəyə müraciət edin, ərizə fomasını doldurun və xidmətə qoşulmaya görə 5 manat komisyon haqqı ödəyin. Ərizədə 1) əmək haqqı kartınızın hesab nömrəsini, 2) kredit üzrə hesab nömrənizi, 3) ödənişlərin valyutasını, 4) məbləğini, 5) icra tarixini, 6) ödənişin dövrililiyinii (aylıq) və 7) təyinatını qeyd etməlisiniz. Bundan sonra hər ay qeyd etdiyiniz gündə əmək haqqı kartınızdan müvafiq hesabınıza qeyd etdiyiniz məbləğdə avtomatik ödəniş aparılacaqdır. İstənilən zaman bu xidmətdən imtina edə bilərsiniz. Eyni zamanda ləğv olunmuş “Avtomatik Ödəmə” xidmətini yenidən bərpa etmək imkanınız vardır.

“Avtomatik Ödəmə” xidməti həyatınızı asanlaşdırır!

Azərbaycan Beynəlxalq Bankı, Mәlumat Mərkəzi:

(+ 99412) 437 7900 / 937 / mobil rabitə operatorlarının abunəçiləri üçün: *BANK (*2265)

www.ibar.az  / info@ibar.az