American Express Konsyerj

Hörmətli Müştərilər!

Sizin üçün unikal “Konsyerj” xidməti fəaliyyətdədir. “Konsyerj” Sizin təcili tapşırığınızı dünyanın istənilən guşəsində sutkada 24 saat, həftədə 7 gün yerinə yetirməyə, Sizin sorğunuz üzrə ətraflı məlumat verməyə və Sizin üçün zəruri olan xidmətin bron edilməsində və ödənilməsində yardım göstərməyə hazır olacaq şəxsi köməkçinizdir.

Gold və Platinium dərəcəli kartlar ödəniş sistemləri tərəfindən premium Müştərilər üçün yaradılmışdır. Bank, oxşar tipli kartları buraxmaqla, Müştərinin Bank üçün vacibliyini və statusunu vurğulamaq istəyir. Buna əlavə olaraq Bank Sizə “Konsyerj” xidmətini təqdim edir.

Bizim mütəxəssislər  istənilən suallarla bağlı qısa müddət ərzində Sizə yardım göstərməyə hazırdır.

Paketə daxil olan, lakin aşağıda sadalananlarla məhdudlaşmayan  xidmətlər:

“Konsyerj” – Sizin üçün istənilən zəruri vaxtda istifadə edilə bilən olan təcili və mühafizəkar ehtiyacların əksəriyyətini əhatə edən geniş xidmət məcmusudur.

Sizə reyslərin cədvəlini bilmək və ya təyyarə və ya qatara bilet bron etmək lazımdır, Siz vaxtınızı qeydiyyat, pasport və gömrük nəzarətinin uzun növbələrində keçirmək istəmirsiniz? “Konsyerj” Sizin üçün ən yaxşı səyahətin təşkil edilməsində yardım göstərəcəkdir: qabaqcadan fast track və ya VIP-salon ayıracaq, kəsişən reysləri seçəcək, Sizin adınızdan otel nömrəsinin dəyərini ödəyəcək və ya bron edəcəkdir.

Siz görüşə və ya hava limanına gecikirsiniz? Təcili taksi çağırmaq lazımdır? Siz futbol matçına getməyi və ya biznes partnyorlarınızla qolf oynamağı planlaşdırırsınız? Bəlkə populyar qrupun konsertinə getmək istəyirsiniz? Siz öz yarınızla rahat restoranda xəlvətə çəkilmək, səs-küylü kompaniya ilə barda oturmaq və ya klubda rəqs etmək istəyirsinizsə, “Konsyerj” Sizə həmişə kömək etməyə və istirahət və asudə vaxtınızın sərbəst təşkil edilməsi üçün yardım göstərməyə hazırdır.

Siz məşğul adamsınız və öz vaxtınızın qədrini bilirsiniz? Sizə şəriklərinizlə təcili görüş və ya konfrans-əlaqəsi təşkil etmək lazımdır? Sizə xarici partnyorlarla görüşdən əvvəl işgüzar etika normalarını bilmək və ya həmkarlarınıza təcili məlumat və ya faks göndərmək lazımdır? Biz Sizin bütün problemlərinizi öz öhdəmizə götürməyə hazırıq.

Müxtəlif situasiyalarla üzləşərək, tez-tez bu və ya digər xətalar, problemlər yarana bilər ki, bunlar heç bir vəchlə  Sizin gündəlik həyatınızı, istirahətinizi və ya səyahətinizi pozmamalıdır. Əgər belə hal artıq baş vermişsə, istər reysin gecikməsi və ya sənədlərin itirilməsi, mehmanxanada yerləşmə ilə bağlı problemlər, istərsə də,  məsələn, xaricdə aptekdə dərman almağa mane olan anlaşılmazlıq və ya dil baryeri kimi bütün bu problemləri Siz bizə həvalə edə bilərsiniz və biz məmnuniyyətlə Sizə kömək edərik.

Biz xidmətə müraciət və istifadə prosesini Sizin üçün maksimum dərəcədə əlverişli və sürətli etmişik və bizimlə tamamilə pulsuz olaraq telefonla əlaqə saxlaya və ya e-mail yaza bilərsiniz. Əgər Sizə təyyarəyə və ya mehmanxanaya bilet bron etmək, konsertə bilet almaq və ya icarəyə götürülən avtomobil üçün qabaqcadan ödəniş etmək lazım olarsa, dərhal bunu heç bir komisyon haqqı  olmadan “Konsyerj” vasitəsilə cəmi bir neçə dəqiqə ərzində edə bilərsiniz.

Biz həmişə yalnız xidmət təminatçıları ilə işləyirik və bununla da Sizə minimal qiymətlər üzrə xidmətlər təklif edərək, ortaqlardan yalnız müstəsna hallarda istifadə edirik. Biz heç vaxt müəyyən aviaşirkəti və ya restoranı zorla qəbul etdirməyəcəyik, Siz həmişə tam təsviri görəcək və Sizin adınızdan məmnuniyyətlə bron edəcəyimiz və ödəyəcəyimiz optimal variantı seçmək imkanına malik olacaqsınız. Bizim əməkdaşlar həmişə məhz Sizin tələblərinizə və istəklərinizə cavab verən alternativ həlləri təklif edəcəklər.

Siz aşağıdakı telefonlar vasitəsilə sorğu göndərə bilərsiniz:

  • +7 499 500 44 20 (istənilən ölkədən müraciət etmək üçün telefon)
  • 8 800 200-80-06 (Rusiya ərazisində pulsuz zəng)
  • 0 800 501-108 (Ukrayna ərazisində pulsuz zəng)
  • 8 820 0071-10-01 (Belarus ərazisində pulsuz zəng)
  • 0 800 614-24 (Moldova ərazisində pulsuz zəng)
  • 8 800 2000 500 (Qazaxıstan ərazisində pulsuz zəng)
  • +(994 12) 404-84-30 (Azərbaycan ərazisində pulsuz zəng)

“Konsyerj” xidməti Aspire lifestyles (İnternational SOS şirkəti) ilə partnyorluq şəraitində təqdim edilir. Şirkət 1985-ci ildə yaradılmışdır, hal-hazırda bu 28 əlaqə mərkəzi, 31 şəxsi klinika və dünya üzrə 90.000-dən çox partnyor və provayderdən ibarət şəbəkədir. Konsierj əməkdaşları bütün dünya üzrə yardım göstərir, 90-dan artıq dildə danışırlar, şirkətin nümayəndəlikləri dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərir. Aspire lifestyles istənilən anda Sizə yardım göstərməyə hazır olan 10000-dən çox peşəkardır.

İSTİSNALAR:

– Konsyerj yalnız fərdi xarakterli sorğularla işləyir.

– Konsyerj, Biznes-xidmətlər bölməsində adı çəkilənlərdən başqa, bizneslə və ya gəlir əldə edilməsi ilə bağlı olan sorğularla əlaqədar xidmət göstərmir.

– Konsyerj verilən informasiyanın analitik müqayisəsini aparmır.

– Konsyerj yalnız qanun çərçivəsindən kənara çıxmayan xidmətləri göstərir.

Qeyd: Konsyerj Premium xidməti, tibbi və hüquqi dəstək AMEX Platinum kartları üçün, Konsyerj xidmətləri –  AMEX Gold kartları üçün şamil edilir.