SMS Xәbәrdarlıq

SMS Xәbәrdarlıq xidmətindən istifadə qaydaları

Pensiya kartları üçün xüsusi şərtlər

 

SMS-Xәbәrdarlıq xidməti ilə Siz Azәrbaycan Beynәlxalq Bankının bank kartınızın hesabı üzrə keçirilən bütün әmәliyyatlar barәdә real vaxt rejimindә xәbәrdar olursunuz.

Hesabınıza pul vәsaiti qoyulduğu, yaxud hesabınızdan ödәniş edildiyi zaman mobil telefonunuza әmәliyyat haqqında mәlumat verәn SMS göndәrilәcәk. Belәliklә, Siz әmәk haqqınızın ödәnildiyini, pul köçürmәsinin gәldiyini vә digәr kart әmәliyyatları barədə dərhal xәbәrdar ediləcəksiniz. Hәftәnin 7 günü vә günün 24 saatı mәkandan vә zamandan asılı olmayaraq bank kartınızın hesabı nәzarәtiniz altında olacaq.

Bundan əlavə, SMS Xәbәrdarlıq xidməti vasitәsilә Siz hətta uğurlu olmayan əməliyyatlar barədə məlumat alırsınız. Məsələn, hesabınızda kifayət qədər vəsait olmadığından əməliyyat keçmədiyi halda, bu barədə Sizin mobil telefonunuza müvafiq SMS gələcək.

Xidmət hansı üstünlüklərə malikdir?

  • Xidmətin istənilən mobil nömrəsinə qoşulma imkanı (Azercell, Bakcell, Nar Mobile, Azerfon-Vodafone);
  • Hər SMS-ə görə mobil nömrənizin balansından pul tutulmaması (əvəzinə, xidmət haqqı aylıq şəkildə kart hesabınızdan tutulacaq);
  • Mobil nömrənizin balansı 0 olduqda belə, telefonunuza SMS-lə kart haqqında məlumat gələcək.

Diqqət! Xidmətdən istifadə haqqı aylıq 1,18 manat təşkil edir və bu məbləğ Sizin kart hesabınızdan tutulacaqdır!

 

 

AzeriCard Müştəri Xidmәti: (24 saat / gecә-gündüz)

(+ 99412) 598 4376, (+ 99412) 598 4697

Azərbaycan Beynəlxalq Bankı, Mәlumat Mərkəzi:

937, (+ 99412) 437 7900 və ya *2265 (mobil rabitə operatorlarının abunəçiləri üçün)