MobilBank

Azərbaycan Beynəlxalq Bankı mobil telefon vasitəsilə hesablarınızı idarə etmək üçün Sizə MobilBank xidmətini təqdim edir!

MobilBank nədir?

Cibinizdəki Bank: MobilBank xidməti vasitəsilə Siz günün istənilən vaxtı, online rejimində, olduğunuz məkandan asılı olmayaraq hesabınızı idarə edə və bir çox əməliyyatları həyata keçirə bilərsiniz

  • Hesabınızın balansını yoxlamaq;
  • Hesabınızda olan bonus balların balansını yoxlamaq;
  • Hesabdan çıxarışı əldə etmək (1 günlük, 10 günlük, aylıq, və ya üç aylıq müddət üzrə)
  • Elektrik enerjisindən istifadə haqqını ödəmək;
  • Mobil rabitədən istifadə haqlarını ödəmək;
  • İnternetdən istifadə haqlarını ödəmək;
  • Kart hesabınızdan digər kart hesabına pul köçürmək (KartTransfer xidməti);
  • Kartı bloklaşdırmaq (kart itirilərsə və ya oğurlanarsa);
  • Kart hesabınızdan bank kartı olmayan şəxslərə bankomat vasitəsilə nağd vəsait göndərmək (“Cash by Code” xidməti);
  • Kredit ödənişi xidməti vasitəsilə kredit üzrə ödəniş aparmaq

MobilBank xidmətinə necə qoşulmaq olar?

MobilBank xidmətinə qoşulmaq üçün Bankın filialına müraciət etməyə və ya xüsusi SİM-kart almağa ehtiyac yoxdur. Üstəlik, bu xidmətə bütün mobil operator istifadəçiləri ABB-nin və AzeriCard prosessinq mərkəzinə aid olan digər bankların istənilən bankomatı vasitəsilə qoşula bilərlər. MobilBank sisteminə qoşulmaq aşağıdakı kimi asandır:

  • Bank kartınızı bankomata daxil edib, Xidmətlər menüsunun MobilBank Qeydiyyat bəndini seçin
  • Seriya nömrəsi və müvafiq kodlar olan çek çap olunacaqdır
  • Mobil telefonuzdan aşağıdakı linklərə daxil olub xüsusi proqramı telefona yükləyin:

www.Azericard.com/mb/iba.jad və ya

www.Azericard.com/mb/bis/iba.jad (yalnız BBM-ə qoşulmuş Blackberry telefonları üçün)

https://play.google.com/store/apps/details?id=com.openwaygroup.mbank.app (Android telefonları versiyası üçün)

https://itunes.apple.com/us/app/iba-mobilbank/id570666642?l=ru&ls=1&mt=8 (Apple telefonları üçün)

  • Proqram yükləndikdən sonra xidməti aktivləşdirmək üçün bankomatdan çap olunmuş seriya nömrəsini və kodları daxil edin
  • Proqram üçün PİN-kod yaradın (2 dəfə daxil edilir)
  • Menünun dilini seçin
  • Xidmətdən istifadə etməyə başlayın!

Mobilbank sistemi nə dərəcədə təhlükəsizdir?

  • MobilBank sistemində ötürülən bütün məlumatlar şifrələnir
  • Xüsusi kitabxanalar ötürülən məlumatın təhlükəsizliyinə zəmanət verir
  • Icazəsiz istifadəyə qarşı MobilBank proqramına giriş xüsusi PİN-kod vasitəsilə həyata keçirilir

Bank kartınızdan istifadə edərkən hər hansı problem yaranarsa aşağıda göstərilən telefon nömrələrinə zəng vurun və ya bankın Sizə yaxın olan filialına/şöbəsinə müraciət edin.

 

AzeriCard Müştəri Xidmәti: (24 saat / gecә-gündüz)

(+ 99412) 598 4376, (+ 99412) 598 4697

Azərbaycan Beynəlxalq Bankı, Mәlumat Mərkəzi:

(+ 99412) 437 7900 və ya *2265 (mobil telefondan)