KartTransfer

Azərbaycan Beynəlxalq Bankının “KartTransfer” xidməti  vasitəsilə Siz bir neçə saniyə ərzində bir kartdan digərinə köçürmə apara bilərsiniz!
Köçürməni hansı kartlardan aparmaq mümkündür?

  • Köçürmə ABB-nin istənilən kartından aparıla bilər.
  • Təhlükəsizlik baxımından pensiya və müavinət kartları vasitəsilə köçürmə aparmaq mümkün deyil, həmin kartlar yalnız köçürməni alan tərəf qismində çıxış edə bilər.

Köçürməni hansı kartlara aparmaq mümkündür?

Köçürmələri həm Sizin öz kartlarınız arasında, həm digər şəxsin kartına aparmaq mümkündür.

Köçürmələr ABB-nin kartlarından başqa, digər bankların kart sahiblərinə də aparıla bilər: Bankların siyahısı

Xidmətə necə qoşulmalı?

  • Biznes kartlar istisna olmaqla, bütün kartlar (yeni buraxılan və yenidən hazırlanan) xidmətə avtomatik olaraq qoşulur.
  • Biznes kartını “KartTransfer” xidmətinə qoşmaq üçün kart sahibi karta xidmət göstərən Bankın filial və ya şöbəsinə müraciət edib, işlədiyi müəssisədən onun kartının xidmətə qoşulmağına dair razılıq məktubunu təqdim etməli və xüsusi ərizə formasını doldurmalıdır.

Köçürməni necə aparmaq olar?

Bankomat və ya məlumat köşkü vasitəsilə:

  • Kartı bankomata daxil edin.
  • Açılmış menyuda menünun dilini seçin (“AZƏRBAYCAN”, “ENGLISH”, “РУССКИЙ”).
  • Növbəti ekranda PIN-kodunuzu yığıb “ENTER”/”ВВОД” düyməsinə basmaqla təsdiq edin.

Diqqət! Mümkün qədər ehtiyatlı olun! PİN-kod yığılan zaman ekranda XXXX kimi göstəriləcəkdir, buna görə də onu yığarkən diqqətli olun. Yığdığınız PİN-kod səhv olarsa, sistem bu barədə xəbərdarlıq edəcək və PİN-kodu yenidən yığmağı təklif edəcəkdir. PİN-kod üç dəfə səhv yığıldığı təqdirdə kartınız BLOKLAŞDIRACAQ. Bu halda kartı təqdim etmiş filialımıza/şöbəmizə müraciət edin.

  • Әsas menyuda KART TRANSFER menyusunu seçin və köçürməni göndərmək istədiyiniz digər kartın 16 rəqəmli nömrəsini (2 dəfə), əməliyyatın məbləğini və valyutasını daxil edib əməliyyatı təsdiq edin.

İnternetə qoşulmuş kompüter vasitəsilə:

InternetBank sistemində “KartTransfer” xidmətindən istifadə etmək üçün, Internet Bank sisteminə daxil olub əvvəl “Payments”, sonra isə “Card to Card” menyusunu seçin. Menyu seçildikdən sonra, kart sahibi əməliyyatın valyutasını, köçürməni aparmaq istədiyi digər kartın 16 rəqəmli nömrəsini (2 dəfə) və əməliyyatın məbləğini daxil edib əməliyyatı təsdiq edir.

Mobil telefon vasitəsilə:

“MobilBank” sistemində  “KartTransfer” xidmətindən istifadə etmək üçün “MobilBank” sisteminə daxil olub əvvəl “Əməliyyatlar”, sonra isə “KartTransfer” menyusunu seçin. Menyuda təqdim olunmuş siyahıdan “Öz kartına” və ya “Başqa karta” seçilir, kart sahibi köçürməni aparmaq istədiyi digər kartın 16 rəqəmli nömrəsini (2 dəfə) və əməliyyatın məbləğini və valyutasını daxil edib əməliyyatı təsdiq edir.

Xidmət üzrə hansı komisyon haqları tutulur?

  • Köçürmənin aparılmasına görə komisyon haqqı bütün hallarda köçürməni göndərən kartın sahibindən tutulur.
  • Köçürmə göndərilən kartın valyutası köçürməni alan kartın valyutasından fərqli olduğu halda, köçürnəni alan kart sahibindən konvertasiya üzrə komisyon haqqı tutulur.

“KartTransfer” vasitəsilə köçürmələrin aparılması üzrə müştəridən tutulan xidmət haqqı aşağıdakı kimidir:

Əməliyyat növü Faiz dərəcəsi Minimum
köçürmə 0,15% 0,6 AZN / 0,6 USD
konvertasiya 0,5%

Güzəşt müddəti olan Visa və MasterCard, həmçinin American Express kredit kartları ilə “KartTransfer” vasitəsilə köçürmələrin aparılması üzrə müştəridən tutulan xidmət haqqı aşağıdakı kimi müəyyən olunur:

Əməliyyat növü Faiz dərəcəsi Minimum
köçürmə 1,65% 0,6 AZN / 0,6 USD
konvertasiya 0,5%

Bankın pensiya və müavinət, əmək haqqı, əmanət və tələbə kartlarına Kart Transfer xidməti vasitəsilə vəsait köçürüldüyü halda, həmin kartların sahiblərindən avtomatik olaraq nağd vəsaitin alınması üzrə komisyon haqqı tutulur (0,8%)

Bank kartınızdan istifadə edərkən hər hansı problem yaranarsa aşağıda göstərilən telefon nömrələrinə zəng vurun və ya bankın Sizə yaxın olan filialına/şöbəsinə müraciət edin.

AzeriCard Müştəri Xidmәti: (24 saat / gecә-gündüz)

(+ 99412) 598 4376, (+ 99412) 598 4697

Azərbaycan Beynəlxalq Bankı, Mәlumat Mərkəzi:

(+ 99412) 437 7900 və ya *2265 (mobil rabitə operatorların abunəçiləri üçün)