Cash-by-Code

Azərbaycan Beynəlxalq Bankının “Cash by Code” xidməti Sizə hətta bank kartı olmayan yaxınlarınıza belə bankomat vasitəsilə nağd vəsaitlərin göndərilməsi imkanını verir.

“Cash by Code” xidməti nədir?

  • Günün istənilən vaxtı nağd pul vəsaitlərinin köçürülməsi və alınması imkanıdır;
  • Uzaq məsafədə yaşayan və bank kartı olmayan şəxslərə ani pul köçürmələri;
  • ABB-nin və “ABB-Moskva”-nın Rusiya Federasiyasındakı bütün bankomatlarında əməliyyatların aparılması imkanı.

“Cash by Code” xidməti vasitəsi ilə pulu necə göndərməli?

Bizim bankomatlar vasitəsilə: 

  • Kartı bankomata daxil edin
  • Açılmış menyuda menünun dilini seçin (“AZƏRBAYCAN”, “ENGLISH”, “РУССКИЙ”)
  • Növbəti ekranda PIN-kodunuzu yığıb “ENTER”/”ВВОД” düyməsinə basmaqla təsdiq edin.

Diqqət! Mümkün qədər ehtiyatlı olun! PİN-kod yığılan zaman ekranda XXXX kimi göstəriləcəkdir, buna görə də onu yığarkən diqqətli olun. Yığdığınız PİN-kod səhv olarsa, sistem bu barədə xəbərdarlıq edəcək və PİN-kodu yenidən yığmağı təklif edəcəkdir. PİN-kod üç dəfə səhv yığıldığı təqdirdə kartınız BLOKLAŞDIRACAQ. Bu halda kartı təqdim etmiş filialımıza/şöbəmizə müraciət edin.

  • Açılmış menyuda “Cash by Code” sonra isə “Pulu Göndər” bəndini seçin.
  • Növbəti mərhələdə köçürməni alan şəxsin mobil telefon nömrəsini 2 dəfə daxil edin, valyutanı seçin (ölkə daxilində pul köçürmələrini manatla aparmaq, Azərbaycandan kənara isə ABŞ dolları ilə aparmaq imkanı mövcuddur) və köçürmə məbləğini daxil edin
  • Əməliyyatın nəticəsində 2 hissədən ibarət olan kod formalaşdırılır. Birinci hissə qəbz formasında çap edilir və göndərən şəxsdə qalır, ikinci hissə köçürməni alan şəxsin mobil telefonuna SMS kimi göndərilir. Nağd pulu almaq üçün köçürməni alan şəxs kodun hər iki hissəsini daxil etməlidir. Kod 24 saat ərzində aktiv olur.

MobilBank xidməti vasitəsilə:

  • Əsas menyuda “Cash by Code” bəndini seçin.
  • Müvafiq sahələrə lazımi məlumatı daxil edin.
  • Ödəməni təsdiq edin. Ekranda əməliyyatın parametrləri barədə məlumat göstəriləcək.

“Cash by Code” xidməti vasitəsi ilə pulu necə almalı?

  • “Cash by Code” xidməti vasitəsilə köçürməni almaq üçün bankomatın sağda yuxarıdakı düyməsini basın və açılan menyuda “Cash by Code” bəndini seçin.
  • Açılan pəncərədə əvvəl Sizə pul göndərən şəxsin verdiyi kodu, sonra isə SMS-xəbərdarlıq ilə gələn kodu daxil edin. Əməliyyatın təsdiqlənməsi üçün menyunun müvafiq pəncərələrində gözlənilən pul köçürməsinin valyutasını və məbləğini daxil edin. Göstərilən bütün məlumatlar (kod, valyuta və köçürmə məbləği) düzgün olarsa, bankomat müvafiq pul məbləğini verəcəkdir.

“Cash by Code” üzrə  hansı məbləğdə və haraya pul köçürmək mümkündür?

Azərbaycan daxilində Azərbaycandan kənara *
Minimal məbləğ Maksimal məbləğ Minimal məbləğ Maksimal məbləğ
10 AZN 1.000 AZN
(gün ərzində əməliyyatların
sayına məhdudiyyət qoyulmur)
10 ABŞ dolları əməliyyat günü ərzində 1.000 ABŞ dolları

“Cash by Code” üzrə hansı məbləğdə komisyon haqları tutulur?

Xidmətə görə komissiya yalnız pulu göndərəndən aşağıdakı qaydada tutulur:

Əməliyyatın növü Komisyon haqqının ölçüsü Komisyon haqqının minimum ölçüsü
Vəsaitin köçürülməsi 0,15% 0,60 AZN / 0,75 USD / 0,60 EUR / 0,60 GBP **
Valyutanın konvertasiyası *** 0,5%
Vəsaitin nağdlaşdırılması 1% 0,80 AZN / 1 USD / 0,70 EUR / 0,50 GBP **

* Yalnız “ABB-Moskva” və onun filiallarında xidmət olunan bankomatlarda

** Göndərən şəxsin kartının valyutasından asılı olaraq

*** Əgər pul göndərənin bankomatın menyusunda seçdiyi valyuta onun bank kartındakı valyutadan fərqlənirsə, konvertasiya üçün komisyon haqqı tutulur.

 

AzeriCard Müştəri Xidmәti: (24 saat / gecә-gündüz)

(+ 99412) 598 4376, (+ 99412) 598 4697

Azərbaycan Beynəlxalq Bankı, Mәlumat Mərkəzi:

(+ 99412) 437 7900 və ya *2265 (mobil rabitə operatorlarının abunəçiləri üçün)