Azərbaycan Beynəlxalq Bankında xidmət səviyyəsi yüksəlir

Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamentinin yeni konseptdə qurulmuş Pərakəndə xidmət ofisi (Nizami küçəsi-67) artıq müştərilərin istifadəsinə verilib. Xidmət ofislərinin yeni konseptə uyğunlaşdırılması Bankda reallaşdırılan filialların transformasiyası layihəsi çərçivəsində həyata keçirilir. Layihə üzrə filiallarda müştərilərə xidmət prosesinin sadələşdirilməsi, məlumat mübadiləsinin daha sürətli və effektiv aparılması, növbədə gözləmə müddətlərinin qısaldılması yolu ilə müştəri məmnuniyyətinin yüksəldilməsi nəzərdə tutulub.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.