Valyuta məzənnələri

Valyuta kalkulyatoru

14.12.2018 tarixinə
M
$
1 AZN =0.5872 USD 0 (0%)

Valyuta məzənnələri

Məzənnələr brauzerin yaddaşında saxlanıla bilər. Ən son məlumatı almaq üçün, lütfən, səhifəni yəniləyin.
14.12.2018 tarixinə
  Alış Satış
Valyuta AMB Nağd Nağdsız Nağd Nağdsız
USD 1.7000 1.6970 1.6780 1.7030 1.7020
EUR 1.9314 1.9024 1.8831 1.9401 1.9449
GBP 2.1474 2.0937 2.0937 2.1732 2.1689
RUR 0.0256 0.0247 0.0239 0.0258 0.0258
CHF 1.7103 1.5906 1.6248 1.8300 1.7958
JPY 0.0150 0.0139 0.0142 0.0161 0.0158
CAD 1.2715 1.1825 1.2079 1.3605 1.3351
AUD 1.2220 1.1365 1.1609 1.3075 1.2831
TRY 0.3176 - - - -
AED 0.4628 0.4165 0.4397 0.4952 0.4859
SEK 0.1875 0.1744 0.1781 0.2006 0.1969
NOK 0.1985 0.1846 - 0.2124 -
DKK 0.2587 0.2406 - 0.2768 -
KZT 0.0046 - 0.0044 - 0.0060
GEL 0.6377 - - - -
Bizimlə əlaqə
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Bizə yazın

Bizə zəng edin

937

Bank online
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Banka CV göndərin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Arayış sifariş edin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Kartın müddətini uzadın

Kampaniyalar

Təklif və şikayətlər

İSTEHLAKÇI MÜRACİƏTLƏRİNƏ BAXILMASI ÜZRƏ DAXILI QAYDALARIN QISA İCMALI

 

“İstehlakçı müraciətləri ilə iş” şöbəsi (bundan sonra “şöbə”) tərəfindən istehlakçıların müraciətlərinin qəbulu üçün maksimal çıxış imkanları yaradılmalı, müraciət vasitələri məhdudlaşdırılmamalıdır.

İstehlakçı müraciətlərinə baxılması və cavablandırılması məqsədi ilə istehlakçı banka minimal olaraq özü və şikayət predmeti haqda aşağıdakı məlumatları təqdim etməlidir.

- Müraciətçinin (istehlakçının) ad, soyad və ata adı

- Əlaqə nömrəsi (elektron ünvanı)

- doğum tarixi

- qeydiyyat və ya yaşadığı ünvan

- müraciətin məzmunu.

Müraciətçi müraciətini banka şifahi, yazılı və elektron formada göndərə bilər.

Müraciətçi şifahi formada müraciətini Bankın Baş İdarəsində istehlakçıların hüquqlarının müdafiəsi üzrə xüsusi struktur bölmənin əməkdaşlarına, Məlumat Mərkəzinin qaynar xəttinə,yazılı ərizəsini (təklif və ya şikayətini) bankın müvafiq filiallarında qeydiyyatdan keçirərək ümümi işlər üzrə mütəxəssislərə və ya poçt vasitəsi ilə bankın mərkəzi ofisinə  ünvanlayaraq, internet üzərindən olan elektron müraciətini isə info@ibar.az  elektron ünvanına göndərə bilər.

Hər bir müraciətçi ona müraciəti ilə bağlı verilən cavabla razılaşmadıqda,

müraciətin yenidən araşdırılması məqsədilə kredit təşkilatına təkrar müraciət etdikdə müraciətin yenidən baxılması və araşdırılması məsul şəxsin (müşahidə şurasının üzvünün) xüsusi nəzarəti  altında  həyata  keçirilməli  və  müraciət  bu  məsul şəxs tərəfindən cavablandırılmalıdır.

İstehlakçılar  müraciətləri  ilə  bağlı  kredit  təşkilatının  cavabı  ilə razılaşmadıqda,  onlar  hüquqlarının bərpası üçün Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına, o cümlədən  məhkəməyə müraciət edə bilərlər.

Bank tərəfindən istehlakçıların müraciətləri Azərbaycan Respublikasının “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında qanununun 10-cu maddəsinin tələbinə uyğun olaraq ən geci 15 iş günü ərzində cavablandırılmalıdır. Müraciətlərlə bağlı əlavə araşdırma tələb edilərsə, müraciətlərin cavablandırılması 30 iş gününədək uzadıla bilər.

Hər bir istehlakçı müraciət üçün nəzərdə tutulmuş elektron ünvan, çağrı mərkəzinin qaynar xətti üçün qısa nömrəni, bankımızın məlumat və reklam  vərəqələrindən, internet ünvanımızdan əldə edə bilər. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə xüsusi struktur bölmə tərəfindən aşağıdakı meyarlar üzrə hesabatlar aparılır:

- istehlakçılar barəsində məlumatlar;

 - müraciətlərin sayı, xarakteri və səbəbləri;

- müraciətlərin məhsullar və xidmətlər üzrə bölgüsü;

- cavablandırılmış,  hazırda baxılan və ya imtina edilmiş müraciətlərin sayı;

- kompensasiya ödənilmiş müraciətlərin sayı və kompensasiya məbləğləri.

 

Suallarınız və ya şikayətlərinizlə bağlı zəng edin

Qaynar xətt: 937

Həmçinin müraciətlərinizi info@ibar.az elektron ünvanına göndərə bilərsiniz

Xidmətin poçt ünvanı: Bakı ş., AZ1005, Nizami küç., 67 


Azərbaycan Respublikası Mərkəzi Bankının əlaqə məlumatları:
Ünvan: AZ1014, Azərbaycan Respublikası, 
Bakı şəh., R.Behbudov küç. 32,
Tel.: (994 12) 493 11 22
Faks: (994 12) 493 55 41
Elektron poçt: mail@cbar.az

Növbəti səhifə

Fərdi