Valyuta məzənnələri

Valyuta kalkulyatoru

19.10.2018 tarixinə
M
$
1 AZN =0.5872 USD 0 (0%)

Valyuta məzənnələri

Məzənnələr brauzerin yaddaşında saxlanıla bilər. Ən son məlumatı almaq üçün, lütfən, səhifəni yəniləyin.
19.10.2018 tarixinə
  Alış Satış
Valyuta AMB Nağd Nağdsız Nağd Nağdsız
USD 1.7000 1.6970 1.6780 1.7030 1.7020
EUR 1.9479 1.9281 1.8992 1.9567 1.9615
GBP 2.2135 2.1582 2.1582 2.2401 2.2356
RUR 0.0259 0.0250 0.0242 0.0261 0.0261
CHF 1.7064 1.5870 1.6211 1.8258 1.7917
JPY 0.0151 0.0140 0.0143 0.0162 0.0159
CAD 1.3011 1.2100 1.2360 1.3922 1.3662
AUD 1.2084 1.1238 1.1480 1.2930 1.2688
TRY 0.3020 - 0.2869 - 0.3171
AED 0.4628 0.4165 0.4397 0.4952 0.4859
SEK 0.1881 0.1749 0.1787 0.2013 0.1975
NOK 0.2055 0.1911 0.1952 0.2199 0.2158
DKK 0.2611 0.2428 0.2480 0.2794 0.2742
KZT 0.0047 - 0.0045 - 0.0061
GEL 0.6308 - - - -
Bizimlə əlaqə
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Bizə yazın

Bizə zəng edin

937

Bank online
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Banka CV göndərin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Arayış sifariş edin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Kartın müddətini uzadın

Kampaniyalar

Azərbaycan Beynəlxalq Bankı “Pensiya+” xidməti ilə ölkəmizdə nağdsız ödənişlərin inkişafına töhfə verir

Azərbaycan Beynəlxalq Bankının (ABB)  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə birgə layihəsi olan “Pensiya+” xidmətinə maraq getdikcə artır. Bu xidmətə qoşulan pensiyaçıların sayı ötən il 7 minə yaxın olub.

Azərbaycan Beynəlxalq Bankının (ABB)  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə birgə layihəsi olan “Pensiya+” xidmətinə maraq getdikcə artır. Bu xidmətə qoşulan pensiyaçıların sayı ötən il 7 minə yaxın olub.

Məlumat üçün bildirək ki, “Pensiya+” əmək pensiyaçılarına öz kartlarından nağdsız ödənişlər etməyə imkan yaradan xidmətdir. ABB-nin bütün pensiya kart sahibləri bu xidmətdən faydalana bilər. Xidmətə qoşulmaqla pensiyaçı hər ay minimum 100 manat, maksimum pensiya məbləği qədər və aylıq yenilənən faizsiz kredit limiti əldə edir. Eyni zamanda, müştərinin müraciəti əsasında bu məbləğ artırıla  da bilər. Ayrılmış kredit limitindən Bankın tərəfdaşlıq etdiyi ticarət və xidmət müəssisələrində nağdsız alış-veriş zamanı, həmçinin  ABB-nin  bankomatları və rəsmi internet  səhifəsində kommunal ödənişlərin aparılması üçün istifadə etmək olar. Kredit limitinin istifadəsi pensiya vəsaiti tam xərcləndikdən sonra mümkündür. Yaranmış borc növbəti ayın pensiya məbləğindən tutulur. Borc tam ödənildikdən sonra isə kredit limiti yenidən aktivləşdirilir. Xidmət pulsuzdur, müştəridən heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur.

Hazırda paytaxtda, eləcə də ölkəmizin regionlarında fəaliyyət göstərən 150-dən çox ticarət və xidmət müəssisəsi ABB-nin “Pensiya+” xidmətinə qoşulub. Yaxın gələcəkdə tərəfdaş müəssisələrin sayının daha da artırılması nəzərdə tutulur.

Xidmətin ən böyük faydalarından biri pensiyaçı vətəndaşlarımızda nağdsız ödəniş vərdişləri aşılamasıdır. Bu da ölkəmizdə nağdsız ödəniş ənənələrini inkişaf etdirir. Pensiyaçılar arasında internet vasitəsilə elektron ödənişlərin həyata keçirilməsi meyllərinin getdikcə artması da ölkəmizdə informasiya cəmiyyətinin inkişafı, yaşlı və gənc nəsil arasında rəqəmsal fərqin aradan qalxması baxımından önəmlidir. Xatırladaq ki, Azərbaycanda pensiyaların plastik kartlarla ödənilməsinə ilk dəfə 2004-cü ildə ABB tərəfindən başlanıb.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Növbəti səhifə

Azərbaycan Beynəlxalq Bankının kollektivi Şəhidlər Xiyabanını ziyarət edib