InternetBank xidmətində “Tracking” funksiyası
Geri qayıtmaq

InternetBank xidmətində “Tracking” funksiyası

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) GPI sistemini ölkəmizdə tətbiq etmiş ilk banklardan olan Azərbaycan Beynəlxalq Bankı müştərilərinə bu sistem üzrə yeni bir imkan da yaradıb. İndi xarici valyutada köçürmələri Banka getmədən, istənilən məkandan İnternetBank xidməti vasitəsilə izləmək mümkündür. Azərbaycan Beynəlxalq Bankı bu sistemi İnternetBank xidmətinə inteqrasiya etmiş ilk və yeganə bankdır.

Məlum olduğu kimi, xarici valyutada beynəlxalq köçürmələr prosesində bəzən bir neçə bank iştirak edir. Müştərilər isə köçürmələrinin hansı mərhələdə olduğunu tez-tez öyrənmək istəyirlər. Onların işini asanlaşdırmaq üçün SWIFT təşkilatı qlobal ödənişlərdə yeni inkişaf standartlarından biri kimi GPI sistemini tətbiq edib. Azərbaycan Beynəlxalq Bankı da 2019-cu ildən bu sistemə qoşulub.

“Tracking” funksiyası beynəlxalq köçürmələr zamanı hüquqi şəxslərin və sahibkar fiziki şəxslərin ödənişlərini bütün mərhələlər üzrə nəzarətdə saxlamaq, icra prosesini addım-addım müşahidə etmək imkanı verir. Bu isə ödənişlərin tam təhlükəsizliyinə, operativliyinə, şəffaflığına şərait yaradır. Müştərilərin öz köçürmələrinin icrası prosesi barədə məlumat almalarından ötrü artıq əlavə vəsait sərf etmələrinə, vaxt itirib bank ofislərinə müraciət etmələrinə daha gərək yoxdur.

Tracking funksiyasından istifadə ödənişsizdir.

İstifadə qaydası ilə buradan tanış ola bilərsiniz.

İnternetbank ilə bağlı ətraflı məlumat üçün keçid et.

IBA Mobile
YÜKLƏ