Geri qayıtmaq

IBA Link

Azərbaycan Beynəlxalq Bankı özünün innovativ xidmətlərindən olan IBA Linki müştərilərinə və tərəfdaşlarına təqdim edir.

IBA Link nədir:

IBA Link onlayn satışlar zamanı həm ticarət və xidmət məkanlarının, həm də müştərilərin işini asanlaşdıran, onlara ödənişlərini onlayn qaydada həyata keçirməyə kömək göstərən virtual POS terminaldır.

Hansı faydaları var:

Bu xidmət müştəriyə Azərbaycan Beynəlxalq Bankının tərəfdaşları olan satış və xidmət məkanlarından istədiyi məhsul və xidməti onlayn sifariş vermək və ödənişi IBA Link üzərindən həyata keçirmək imkanı verir. Belə ki, müştəri onlayn sifarişini həyata keçirdikdən sonra saytdakı IBA Link bölməsinə daxil olaraq ödənişi kartla aparır. Yaxud ödənişin linkini müştəriyə satıcı özü də göndərə bilər. Linki bütün kommunikasiya kanalları, o cümlədən, WhatsApp, SMS, elektron məktub və s. vasitəsilə göndərmək mümkündür. Müştəri ödənişi həyata keçirərkən mağazaya bu barədə anında məlumat daxil olur.

Necə qoşulmaq olar:

24/7 rejimində çalışan IBA Link-ə istənilən zaman qoşulmaq olar. Bunun üçün xüsusi inteqrasiya proseslərinə gərək yoxdur. IBA Linkdən bütün satış və xidmət məntəqələri faydalana bilər.

Xidmət haqqı varmı:

Bu xidmətdən istifadəyə görə qoşulma və xidmət haqqı tələb olunmur.

Hansı məhsul və xidmətlərin dəyərinin onlayn ödənişində xüsusilə effektivdir:

  • Daxili kreditlərin (elektronika cihazları, mebel, ehtiyat hissələri və s.) aylıq ödənişi;
  • Təhsil ödənişləri;
  • Qida çatdırılması
  • Restoranlarda erkən rezervasiya;
  • Gözəllik və sağlamlıq mərkəzlərində erkən rezervasiya;
  • Hədiyyə və gül sifarişləri;
  • Su və su filtri satışı;
  • Bütün digər satış/xidmətlər.

Qoşulmaq üçün: www.ibalink.az