Valyuta məzənnələri

Valyuta kalkulyatoru

28.03.2017 tarixinə
M
$
1 AZN =0.5747 USD 0 (0%)

Valyuta məzənnələri

Məzənnələr brauzerin yaddaşında saxlanıla bilər. Ən son məlumatı almaq üçün, lütfən, səhifəni yəniləyin.
28.03.2017 tarixinə
  Alış Satış
Valyuta AMB Nağd Nağdsız Nağd Nağdsız
USD 1.7201 1.6700 1.6700 1.7400 1.7400
EUR 1.8691 1.8130 1.8130 1.9065 1.9065
GBP 2.1619 2.0970 2.0970 2.2051 2.2051
RUR 0.0303 0.0291 0.0291 0.0309 0.0309
CHF 1.7459 1.6935 1.6935 1.7808 1.7808
JPY 0.0156 0.0151 0.0151 0.0159 0.0159
CAD 1.2855 1.2469 1.2469 1.3112 1.3112
AUD 1.3098 1.2705 1.2705 1.3360 1.3360
TRY 0.4761 - 0.4618 - 0.4856
AED 0.4683 0.4543 0.4543 0.4777 0.4777
SEK 0.1959 0.1900 0.1900 0.1998 0.1998
NOK 0.2027 0.1966 0.1966 0.2068 0.2068
DKK 0.2512 0.2437 0.2437 0.2562 0.2562
KZT 0.0055 - 0.0053 - 0.0056
GEL 0.7044 - - - -
XAU 2163.1118 - 2098.2184 - 2206.374
Bizimlə əlaqə
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Bizə yazın

Bizə zəng edin

937

Bank online
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Banka CV göndərin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Arayış sifariş edin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Kartın müddətini uzadın

Valyuta tənzimlənməsi

Valyuta tənzimlənməsi

Məlumat

Fiziki şəxsin xaricə köçürmələrinə dair hansı məhdudiyyətlər mövcuddur?

  • Ödənişin məqsədini göstərməklə,hesab açmadan bir gün ərzində 1000 ABŞ dolları ekvivalentinədək , ay ərzində isə 10000 (on min) АBŞ dоllаrı еkvivаlentinədək məbləğdə xarici valyutada sərbəst şəkildə xaricə köçürmə edə bilərsiniz.
  • Apardığınız  köçürmənin məbləği 1 000 ABŞ dolları ekvivalentindən yuxarı olduğu halda, Siz  köçürmənin təyinatı ilə bağlı olan müvafiq təsdiqedici sənədləri təqdim etməlisiniz: xarici banklardan cəlb edilmiş kreditlərin və kredit faizlərinin ödənilməsi, beynəlxalq təşkilatlarda, konfranslarda, sərgilərdə iştirak haqları, xarici ölkələrin dövri nəşrlərinə yazılış haqları, təhsil, müalicə haqlarının ödənilməsi, müəlliflik hüquqlarından istifadə haqlarının, əvvəllər Azərbaycan Respublikasına köçürülmüş xarici valyuta vəsaitləri.
  • Bu hallarda ödənişin məqsədini və məbləğini təsdiqləyən müqavilələr, arayışlar, invoys və ya digər təsdiqedici sənədlərin, pul vəsaitinin rezidentin hesabına əvvəllər köçürülməsini sübut edən bank hesabından çıxarışın əsli banka təqdim edilir.

Fiziki şəxs hansı hallarda yaxın qohumlarına xaricə pul köçürmələri apara bilər?

  • Siz xaricdə yaşayan və ya müvəqqəti qalan yaxın qohumlarınıza ay ərzində 10000 (on min) ABŞ dolları еkvivаlentinədək pul vəsaiti köçürə bilərsiniz.

Hansı qohumlar yaxın hesab olunur?

  • Ər (arvad), valideynlər,  o cümlədən ərin (arvadın) valideynləri, baba (nənə), nəvə, övlad, övladlığa götürülən (götürən), qardaş və bacı

Yaxın qohumlara hansı sənədlər əsasında pul vəsaiti köçürülə bilər?

  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd, doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə.

Fiziki şəxs xaricə köçürmə edərkən hansı hallarda ona bank hesabı açılmalıdır?

  •  Köçürülən məbləğ 1000 ABŞ dolları və ya onun ekvivalentində olan məbləğdən yuxarı olduğu halda Sizə mütləq cari hesab açılır və köçürmə həmin hesabdan aparılır.