Valyuta məzənnələri

Valyuta kalkulyatoru

14.12.2018 tarixinə
M
$
1 AZN =0.5872 USD 0 (0%)

Valyuta məzənnələri

Məzənnələr brauzerin yaddaşında saxlanıla bilər. Ən son məlumatı almaq üçün, lütfən, səhifəni yəniləyin.
14.12.2018 tarixinə
  Alış Satış
Valyuta AMB Nağd Nağdsız Nağd Nağdsız
USD 1.7000 1.6970 1.6780 1.7030 1.7020
EUR 1.9314 1.9024 1.8831 1.9401 1.9449
GBP 2.1474 2.0937 2.0937 2.1732 2.1689
RUR 0.0256 0.0247 0.0239 0.0258 0.0258
CHF 1.7103 1.5906 1.6248 1.8300 1.7958
JPY 0.0150 0.0139 0.0142 0.0161 0.0158
CAD 1.2715 1.1825 1.2079 1.3605 1.3351
AUD 1.2220 1.1365 1.1609 1.3075 1.2831
TRY 0.3176 - - - -
AED 0.4628 0.4165 0.4397 0.4952 0.4859
SEK 0.1875 0.1744 0.1781 0.2006 0.1969
NOK 0.1985 0.1846 - 0.2124 -
DKK 0.2587 0.2406 - 0.2768 -
KZT 0.0046 - 0.0044 - 0.0060
GEL 0.6377 - - - -
Bizimlə əlaqə
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Bizə yazın

Bizə zəng edin

937

Bank online
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Banka CV göndərin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Arayış sifariş edin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Kartın müddətini uzadın

Kampaniyalar

Azərbaycan Beynəlxalq Bankı “Yüzdən biri ol!” stimullaşdırıcı lotereya kampaniyasına start verdi

15.03.2018 - 30.04.2018

 

Azərbaycan Beynəlxalq Bankı müştərilərə xoş sürpriz həyəcanı yaşadacaq lotereya kampaniyasına start verib. Bankın “Yüzdən biri ol!” devizi altında keçirdiyi “Bahar” uduşlu stimullaşdırıcı lotereya kampaniyasının müddəti 15 mart – 30 aprel tarixlərini əhatə edir.

 

İştirak şərtləri belədir:

 

-Kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankının kartları ilə ölkədaxili və ölkəxarici nağdsız alış-veriş zamanı aparılmış bütün əməliyyatlar üzrə, yaxud onlayn qaydada ödənilmiş hər 100 manata (bundan daha az məbləğlər üst-üstə toplanır, eyni zamanda xarici valyutada aparılmış ödənişlərin manat ekvivalentləri nəzərə alınır) görə müştəri bir uduş şansı qazanır.

-Kampaniya dövründə Bankdan nağd pul krediti alan müştəri hər 500 manat kredit məbləğinə görə bir şans qazanmış olur.

 

Məsələn, əgər müştəri kartla ümumən 420 manatlıq ödəniş etmişsə, onun 4 uduş şansı yaranır. Yaxud, bankdan 1500 manatlıq kredit götürdükdə 3 uduş şansı olur. Bir iştirakçı bu imkanların hər ikisindən istifadə etməklə uduş şanslarını istənilən sayda artıra bilər.

 

Uduş fondu 15 may 2018 – ci il tarixində saat 22:00 – da “Xəzər” televiziyasında canlı yayımda oynanılacaq. Qaliblər kompüter vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşəcəklər. Lotereya 1 tirajdan ibarət olmaqla 6 mərhələ üzrə keçiriləcək. Ümumilikdə, 100 iştirakçı qalib olacaq. Mərhələlər üzrə 60 iştirakçı 100 manat,  25 iştirakçı 300 manat, 10 iştirakçı 500 manat qazanacaq. Lotereyanın 2 qalibinə  “İpad Pro 9.7”, daha 2 qalibinə  “İphone X” smartfonları hədiyyə veriləcək. Birinci yerin qalibi isə MALDİV ADALARINA 2 NƏFƏRLİK (5* oteldə 1 həftə) SƏYAHƏT PAKETİ əldə edəcək. Əvvəlki uduşların qalibləri yalnız final mərhələsində iştirak şansına malikdirlər. Digər mərhələlərin hər birində isə eyni iştirakçı yalnız bir dəfə qalib ola bilər. Azərbaycan Beynəlxalq Bankının əməkdaşları lotereyada iştirak etmir. Lotereyanın nəticələri bankın www.ibar.az saytında yerləşdiriləcək və “Xalq qəzeti”ndə dərc olunacaq. 

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Növbəti səhifə

Azərbaycan Beynəlxalq Bankından Novruz endirimləri!