Valyuta məzənnələri

Valyuta kalkulyatoru

17.11.2017 tarixinə
M
$
1 AZN =0.5872 USD 0 (0%)

Valyuta məzənnələri

Məzənnələr brauzerin yaddaşında saxlanıla bilər. Ən son məlumatı almaq üçün, lütfən, səhifəni yəniləyin.
17.11.2017 tarixinə
  Alış Satış
Valyuta AMB Nağd Nağdsız Nağd Nağdsız
USD 1.7002 1.6730 1.6740 1.7030 1.7020
EUR 2.0070 1.9568 1.9568 2.0210 2.0150
GBP 2.2488 2.1926 2.1926 2.2713 2.2713
RUR 0.0285 0.0270 0.0270 0.0285 0.0285
CHF 1.7134 1.6277 1.6277 1.7991 1.7991
JPY 0.0151 0.0143 0.0143 0.0159 0.0159
CAD 1.3356 1.2688 1.2688 1.4024 1.4024
AUD 1.2879 1.2235 1.2235 1.3523 1.3523
TRY 0.4410 - 0.4190 - 0.4631
AED 0.4629 0.4398 0.4398 0.4860 0.4860
SEK 0.2028 0.1927 0.1927 0.2129 0.2129
NOK 0.2076 0.1972 0.1972 0.2180 0.2180
DKK 0.2697 0.2562 0.2562 0.2832 0.2832
KZT 0.0051 - 0.0048 - 0.0066
GEL 0.6239 - - - -
XAU 2176.256 - 2067.4432 - 2285.0688
Bizimlə əlaqə
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Bizə yazın

Bizə zəng edin

937

Bank online
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Banka CV göndərin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Arayış sifariş edin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Kartın müddətini uzadın

3D Secure haqqında

3D Secure texnologiyalarının tətbiqi, online alış-veriş səhifələrində dələduzluq əməliyyatlarının keçirilmə risklərinin minimuma endirir.

3D Secure texnologiyasına qoşulduqdan sonra, Siz online alış-veriş zamanı kartın üzərində olan məlumatlardan (nömrəsi, istifadə müddəti və CVV) başqa, özünüzə məxsus 3DSecure parolunu da daxil etməli olacaqsınız. Beləliklə, kartınızın məlumatlarını hər hansı kənar şəxs istifadə etmək istəsə, 3D Secure parolu bilməsə, əməliyyat keçməyəcək.

3D Secure protokolu internetdə əməliyyat aparan müştərilərin vəsaitlərini qorumaq və bankların və şirkətlərin itkilərini azaltmaq məqsədi ilə VISA International və MasterCard WorldWide beynəlxalq ödəmə sistemləri tərəfindən hazırlanmışdır.

VISA International şirkəti tərəfindən hazırlanan 3D-Secure protokolu Verified by Visa, MasterCard International şirkəti tərəfindən isə hazırlanan protokol MasterCard SecureCode adlanır. Online alış-veriş saytı həmin protokollara qoşulmuşdursa, müvafiq loqotiplər ödəniş zamanı saytda göstəriləcək.

 

 

3D Secure necə işləyir?

  • Alış-veriş zamanı Siz online mağazasnın web-səhifədə kartınızın məlumatlarını daxil edirsiniz.
  • Bank vasitəsilə bu məlumatlar əsasında sorğu formalaşır və VISA və ya MasterCard beynəlxalq ödəmə sistemlərinə göndərir.
  • Beynəlxalq ödəmə sistemi kartınızın 3D Secure texnologiyasına qoşulub-qoşulmamasını yoxlayır.

Kartınız 3D Secure texnologiyalarınа qoşulmuşdur və web səhifə 3D Secure texnologiyasını dəstəkləyir:

  • Alış-veriş səhifəsində xüsusi pəncərə açılır.
  • Həmin pəncərədə Siz öz 3D Secure parolunuzu və ya SMS birdəfəlik parolunuzu və ya bankomatdan çap olunan birdəfəlik parolunuzu daxil edirsiniz.
  • Parol düzgün olduğu halda, əməliyyat davam etdirilir: hesabdakı qalıq yoxlanılır və əməliyyatın məbləği tutulur.
  • Parol duzgün olmadığı halda, əməliyyat keçmir.

Kartınız 3D Secure texnologiyasına qoşulmamışdır, lakin web səhifə 3D Secure texnologiyasını dəstəkləyir: 

  • Əməliyyatınızın məbləği maksimum 100 ABŞ dolları ola bilər.

Kartınız 3D Secure texnologiyasına qoşulmuşdur, lakin web səhifə 3D Secure texnologiyasını dəstəkləmir: 

  • Əməliyyatınız adi qaydada, 3D Secure parolunu daxil edilmədən keçəcək

 

3D Secure qoşulma

Kartınızı 3D Secure texnologiyasına qoşmaq üçün:

  • SMS-Xəbərdarlıq xidmətinə qoşulun və ya
  • Bankomatdan “3D Secure” birdəfəlik parollar siyahısnı çap edin (bu halda əməliyyat zamanı qəbzdəki birdəfəlik parollarından istifadə edəcəksiniz) və ya
  • Qoşulma səhifəsinə keçin və öz 3D Secure parolunuzu yaradıb kartınızı qeydiyyatdan keçirdin