Geri qayıtmaq

Hesabdan köçürmələr

Bankdaxili köçürmələr

Şərtlər:

Cari hesabınızdan ABB-də olan - özünüzün və ya digər şəxsin hesabına pul göndərməyin ən asan və sərfəli yolu - bankdaxili köçürmədir.

Köçürmələr həm milli, həm də xarici valyutada aparılır.

Bankdaxili köçürməni aparmaq üçün banka 2 nüsxədə “A” formatlı ödəniş tapşırığını və şəxsiyyəti təsdiq edən sənədinizi təqdim edin.

Ödəniş tapşırığında aşağıdakı məlumatları qeyd edin:

  • Köçürmənin tarixi (ödəniş tapşırığı bank tərəfindən 3 iş günü ərzində icra oluna bilər) və nömrəsi
  • Sizin rekvizitləriniz (adınız, soyadınız, hesab nömrəniz, VÖEN, əgər varsa)
  • Alan müştərinin rekvizitləri (müştərinin adı, hesab nömrəsi, VÖEN-ni)
  • Köçürülən məbləğ rəqəmlə və sözlə, köçürmənin valyutası
  • Köçürmənin təyinatı
  • İmza

Ölkədaxili köçürmələr

Şərtlər:

Cari hesabınızdan ölkənin hər hansı bir bankında olan - özünüzün və ya digər şəxsin hesabına pul göndərməyin ən asan və sərfəli yolu - ölkədaxili köçürmədir.

Köçürmələr yalnız milli valyutada aparılır.

Köçürmələr AZİPS və ya XÖHKS sistemi vasitəsilə aparıla bilər.

XÖHKS sistemi:

  • Köçürmənin maksimal məbləği 40 000 manatadək (büdcəyə ödənişlər istisna olmaqla)
  • Köçürmə 10 iş günü ərzində alan şəxsə çatır

AZİPS sistemi:

  • Köçürmənin maksimal məbləği məhdudiyyətsizdir.
  • Köçürmə cari iş günü, saat 16:30-dək qəbul olunduğu halda həmin günün tarixi ilə icra olunur. Köçürmə cari iş günü saat 16:30-dan sonra qəbul olunduğu halda, növbəti iş gününün tarixi ilə icra olunur.

Ölkədaxili köçürməni aparmaq üçün banka 2 nüsxədə “A” formatlı ödəniş tapşırığını və şəxsiyyəti təsdiq edən sənədinizi təqdim edin.

Ödəniş tapşırığında aşağıdakı məlumatları qeyd edin:

  • Köçürmənin tarixi (ödəniş tapşırığı bank tərəfindən 3 iş günü ərzində icra oluna bilər) və nömrəsi
  • Sizin rekvizitləriniz (adınız, soyadınız, hesab nömrəniz, VÖEN, əgər varsa)
  • Göndərən bankın rekvizitləri (Bankın adı, kodu, VÖEN-i, müxbir hesabı, SWIFT-i)
  • Alan müştərinin rekvizitləri (müştərinin adı, hesab nömrəsi, VÖEN-ni)
  • Alan bankın rekvizitləri (Bankın adı, kodu, VÖEN-i, müxbir hesabı, SWIFT-i)
  • Köçürülən məbləğ rəqəmlə və sözlə, köçürmənin valyutası
  • Köçürmənin təyinatı
  • İmzalar

Xaricə köçürmələr

Şərtlər:

Cari hesabınızdan hər hansı bir xarici bankda olan - özünüzün və ya digər şəxsin hesabına pul göndərməyin ən asan və sərfəli yolu - xaricə köçürmədir.

Xaricə köçürmələr ənənəvi valyuta növlərindən (USD, EUR, GBP, RUR, CHF, CAD, AUD, JPY və s.) başqa dünyanın 100-dən çox valyutasında da rahatlıqla yerinə yetirilə bilər. 

Köçürmənin maksimal məbləği - məhdudiyyətsiz, lakin valyuta tənzimlənməsi qaydalarına uyğun olaraq.

Köçürmə 3 iş günü ərzində alan şəxsə çatır.

Köçürməni aparmaq üçün banka 2 nüsxədə ödəniş tapşırığını və şəxsiyyəti təsdiq edən sənədinizi təqdim edin.

Ödəniş tapşırığında aşağıdakı məlumatları qeyd edin:

  • Köçürmənin tarixi
  • Sizin rekvizitləriniz (adınız, soyadınız, hesab nömrəniz)
  • Sizin bankınızın adı
  • Vasitəçi bank mövcud olduğu halda (onun adı və/və ya S.W.I.F.T BİK kodu göstərilir)
  • Alan bankın rekvizitləri (Bankın adı, SWIFT kodu, ölkəsi, şəhəri, filialı)
  • Alan müştərinin adı (müştərinin adı, VÖEN-ni, ünvanı)
  • Alan müştərinin hesab nömrəsi
  • Köçürülən məbləğ rəqəmlə və sözlə, köçürmənin valyutası
  • Köçürmənin təyinatı
  • Bank üçün əlavə məlumat
  • İmza