Azərbaycan Beynəlxalq Bankının Daxili ipoteka krediti məhsulu müştərilərə daha əlçatan şərtlərlə Bankın daxili vəsaiti hesabına mənzil və ya fərdi yaşayış evi əldə etmək imkanı verir.
Əmək haqqını Azərbaycan Beynəlxalq Bankı və ya digər banklar vasitəsilə alan istənilən müştəri
Azərbaycan Beynəlxalq Bankının kartı vasitəsilə əmək haqqı alan şəxslər üçün |
Digər bankların kartı vasitəsilə əmək haqqı alan şəxslər üçün |
|
---|---|---|
Maksimal məbləğ |
300 000 AZN |
|
Müddət |
20 ilədək |
|
İllik faiz dərəcəsi |
10% |
11% |
Minimal ilkin ödəniş |
15% |
30% |
Təminat |
Alınan əmlakın girovu ilə* / Digər daşınmaz əmlakın girovu ilə** |
|
Ödəniş növü |
Aylıq annuitet |
|
Komisyon haqqı |
1% |
|
BGN (borcun gəlirə nisbəti) əmsalı |
70% |
* Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) çıxarışı olan mənzil və ya fərdi yaşayış evinin alınması zamanı
** Yeni tikili binada mənzilin alınması zamanı (DƏDRX-dən çıxarışı olmayan)
Daxili ipoteka krediti vasitəsilə müştərilər Azərbaycan Beynəlxalq Bankının daxili vəsaiti hesabına sərfəli şərtlərlə mənzil almaq imkanı əldə edəcəklər.
Minimal 15% ilkin ödənişlə, 20 ilədək müddətə kredit şərtləri ilə mənzil sahibi olacaqsınız.
Tələb olunan sənədlərlə bağlı ilkin təhlil yekunlaşdıqdan sonra almaq istədiyiniz əmlakı Banka təqdim etməklə Azərbaycan Beynəlxalq Bankının daxili vəsaiti hesabına güzəştli şərtlərlə mənzil sahibi ola bilərsiniz.
Kredit maksimal 300 000 AZN olmaqla 20 ilədək müddətə götürülə bilər.
Komissiya haqqı 1% təşkil edir.
Kreditin aylıq ödənişi annuitet əsaslarla həyata keçirilir.
Zaminlik tələbi yoxdur.
Alınacaq əmlak kreditin girov təminatı hesab olunacaq. Əldə edilən əmlak çıxarışsız olduqda, kredit çıxarışa malik digər daşınmaz əmlakı girov qoymaqla verilir.
Alınan və (və ya) ipoteka predmeti qismində çıxış edən əmlak yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşməlidir.
Şəxsiyyət vəsiqəsi, bank hesabından son 12 aylıq (minimum 6 aylıq) çıxarış və ya Elektron Hökumət Portalından arayış.
Sonuncu iş yeri üzrə staj minimum 6 ay olmalıdır.