Geri qayıtmaq

SMS xəbərdarlıq

SMS-Xəbərdarlıq xidməti Sizə kartınız üzrə keçirilən bütün әmәliyyatlar barәdә real vaxt rejimindә SMS şəklində bildirişlər almaq imkanı verir.

Kartınıza vәsait köçürüldükdə, yaxud kartınızla əməliyyat aparıldıqda, mobil telefon nömrənizə bu barədə mәlumat göndәrilәcәk.

Siz və ya digər şəxs tərəfindən uğursuz əməliyyat aparıldığı halda belə, bu haqda bildiriş telefonunuza gələcək.

Belәliklә, bu xidmətə qoşulmaqla, Siz 24/7 rejimində kartınızı nəzarət altında saxlayacaqsınız.

Üstünlüklər

  • Əməliyyatdan dərhal sonra məlumatın əldə edilməsi;
  • Xidmətin istənilən mobil operatorun nömrəsinə qoşulma imkanı (Azercell, Bakcell, Nar Mobile, Azerfon-Vodafone və dünyanın bir sıra operatorları);
  • Hər SMS-ə görə mobil nömrənizin balansından pul tutulmur, xidmət haqqı hər ay kart hesabınızdan tutulacaq, mobil nömrənizin balansı 0 olduqda belə, telefonunuza SMS-lə kart haqqında məlumat gələcək;
  • Bir telefon nömrəsinə istədiyiniz sayda kart qoşula bilər. Bu zaman xidmətdən istifadə haqqı hər bir kart üzrə ayrıca hesablanacaq.

Qoşulma

Xidmətə qoşulmaq üçün:

  • ATM və ya ödəniş terminallarında Xidmətlər - SMS Məlumat düyməsini seçib ekrandakı göstərişlərə uyğun əməliyyat aparın.

Telefon nömrəsini dəyişdirmək üçün:

  • ATM və ya ödəniş terminalında Xidmətlər - SMS Məlumat – Nömrəni dəyişmək düyməsini seçib ekrandakı göstərişlərə uyğun əməliyyatı aparın.

Xidmətdən imtina etmək üçün:

  • Kart hesabınızı açdığınız filial/şöbəyə ərizə ilə müraciət edin.

Tariflər

Pensiya kartlarının və premial kartların sahibləri istisna olmalqa, bütün müştərilər - xidmət haqqı ayda 0,4 manat (ƏDV ilə) təşkil edir.

VISA Gold/MC Gold, VISA Platinum/MC Platinum, American Express Green, American Express Gold, VISA Infinite/MC World Elite, American Express Platinum ödəniş kartlarının sahibləri üçün xidmət pulsuzdur.

Pensiya kartlarının sahibləri üçün* - xidmət haqqı ayda 0.1 manat (ƏDV) ilə təşkil edir.

*Məhdud SMS-Xəbərdarlıq - pensiya kartı sahibləri yalnız karta daxil olmalar barədə SMS-lər gəlir.