Geri qayıtmaq

Kreditinizi ödəyin

Ödəmə üsulları

Kredit ödənişlərinizi onlayn şəkildə vaxtlı-vaxtında aparmaq üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz:

Ödəniş cədvəlinizdə göstərilmiş məbləğdən böyük olan vəsaiti kredit ödənişinə yönəltmək istədiyiniz halda, 2 seçiminiz var:

  • Aylıq ödəniş məbləğini saxlamaqla kreditin müddətini azaltmaq
  • Kreditin müddətini saxlamaqla aylıq ödəniş məbləğini azaltmaq

Onlayn Kredit Ödəmə

Xidmətin üstünlükləri:

Banka gəlmədən, ABB-nin istənilən kartı vasitəsilə bankın veb səhifəsində krediti ödəmək imkanı.

Ödənişi aparmaq bu qədər asandır:

  • Onlayn Kredit Ödəmə səhifəsinə keçin
  • 20 rəqəmli hesab nömrəsini daxil edin (hesab nömrəniz kredit müqavilənizdə qeyd olunmuşdur) və Sorğu düyməsini seçin.
  • Ödəniş haqqında məlumatı elektron poçt vasitəsilə almaq istədiyiniz halda, elektron poçt ünvanınızı göstərin.
  • Ödənişin məbləğini daxil edin və Ödə düyməsinə basın.
  • Daxil etdiyiniz məlumatın düzgünlüyünü yoxlayın və Sorğu düyməsi ilə təsdiqləyin.
  • Ödəniş apardığınız bank kartı haqqında müvafiq məlumatları daxil edin və Approve düyməsi ilə ödənişi təsdiqləyin.
  • Əməliyyat nəticəsində qəbz elektron poçt ünvanınıza göndəriləcək.