Geri qayıtmaq

Depozit seyfi

Şərtlər

Siz hər hansı əşya, sənəd, pul məbləği və ya digər qiymətliləri etibarlı yerdə saxlamaq istəyirsinizsə, depozit seyfinin icarəsi - Sizin üçün ən münasib xidmətdir.

Seyfin minimal icarə müddəti -  1 gün, maksimal icarə müddəti - 1 ildir. İcarə müddəti bitdikdən sonra Siz müqaviləyə xitam vermədiyiniz halda, о avtomatik olaraq əvvəlki müddətə uzadılır.

İcarə müqaviləsini bağlamaq üçün ərizəni doldurub şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək kifayətdir.

İstifadə qaydaları

Depozit seyflərinin təhlükəsizliyi necə təmin olunur?

Depozit seyfləri bankın xüsusi təhlükəsizlik sistemləri ilə təchiz edilmiş otaqlarda yerləşir.

Depozit seyfləri iki qıfıl və iki açar ilə təmin olunur. Hər iki qıfıl və hər iki açar biri-birindən fərqlənir. Seyf yalnız hər iki açarın bir yerdə istifadəsi nəticəsində açıla və bağlana bilər. Açarın biri Sizdə, digəri isə filialın kassasında saxlanılır.

Seyfin açarını itirdikdə nə etmək lazımdır?

Depozit seyfinin açarını itirdikdə Siz filialınıza ərizə ilə müraciət etməlisiniz. Yeni qıfılın quraşdırılması, yeni açarların hazırlanması və bununla bağlı digər xərclər Sizdən tutulacaq (bankın tariflərinə uyğun olaraq)

Depozit seyfindən istifadə etmək hüququ digər şəxslərə verilə bilərmi?

Siz digər şəxslərə depozit seyfindən istifadə etmək hüququnu notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında verə bilərsiniz.

Tariflər

Depozit seyflərinin icarə haqqı tam şəkildə, yəni icarə müddətini tam əhatə etməklə əvvəlcədən ödənilir və seyfin ölçüsündən asılı olaraq dəyişir.

Seyfin ölçüsü

Aylıq icarə haqqı

(ƏDV daxil olmaqla) (AZN ilə)

Bakı şəhərində yerləşən MXS-lər üçün;

*Regionlarda yerləşən MXS-lər üçün

Kiçik seyf (0 - 20,000 kub.sm-dək)

15; 10*

Orta seyf (20,000 - 60,000 kub.sm-dək)

30; 15*

Böyük seyf (60,000 kub.sm və artıq)

50; 30*

Cərimə

Seyfin açarının itirilməsi/yararsız hala salınmasına görə cərimə (ƏDV daxil olmaqla)

120 AZN

Elektron depozit qutuları üçün nəzərdə tutulmuş xüsusi plastik kartın itirilməsi/yararsız hala salınmasına görə cərimə (ƏDV daxil olmaqla)

20 AZN

Seyf axtarmaq

Depozit seyfi olan filiallarımızdan Sizə yaxın olanı seçin.