Geri qayıtmaq

Arayış sifariş edin

Hesabınız üzrə təsdiqedici məktub almaq istəyirsinizsə, onu onlayn sifariş edib, vaxtınıza qənaət edə bilərsiniz.

Əvvəlcədən bütün məlumatlarınızı onlayn göstərin, arayışınız hazır olan kimi, onu birbaşa xidmət olunduğunuz filial/şöbəmizdən əldə edin.

Sifarişi necə etməli?

  • Ana səhifənin Bank online bölməsinə daxil olun.
  • Arayış sifariş edin bəndini seçin.
  • Adınızı, soyadınızı qeyd edin.
  • Hesabınızın növünü seçin:kart və ya cari
  • Cari hesabın nömrəsini və ya kartın son 8 rəqəmini daxil edin
  • Xidmət olunduğunuz filial/şöbəni seçin
  • Arayışda göstəriləcək məlumatları dəqiqləşdirin
  • Mobil telefon nömrənizi göstərib təsdiqləyin
  • Xidmət haqqını ödəyin.
  • Arayışı əldə etmək üçün şəxsiyyətinizi təsdiq edən sənədlə əməliyyatçıya yaxınlaşın (növbələrin elektron idarəetmə sistemində Online sifarişlər  - Online kart bəndini seçməyinizi tövsiyyə edirik).
  • Növbədə gözləməmək üçün R@ndevu xidməti vasitəsilə filialda görüşə əvvəlcədən yazılın.

Arayışım nə vaxt hazır olacaq?

Sifariş zamanı göstərdiyiniz məlumatlarda uyğunsuzluq olmadığı halda, arayışınız aşağıdakı müddətə hazır olacaq:

  • Sifarişi iş günü saat 14:00-dək verdiyiniz halda - növbəti iş günü saat 10:00-dan başlayaraq
  • Sifarişi iş günü saat 14:00-dən sonra verdiyiniz halda - növbəti iş günü saat 14:00-dən başlayaraq
  • Sifarişi qeyri-iş günü verdiyiniz halda - növbəti iş günü saat 14:00-dən başlayaraq

Sifariş zamanı göstərdiyiniz məlumatlarda uyğunsuzluq olduğu halda, əməkdaşımız Sizinlə telefonla əlaqə saxlayacaq.