Valyuta məzənnələri

Valyuta kalkulyatoru

31.03.2020 tarixinə
M
$
1 AZN =0.5875 USD 0 (0%)

Valyuta məzənnələri

Məzənnələr brauzerin yaddaşında saxlanıla bilər. Ən son məlumatı almaq üçün, lütfən, səhifəni yəniləyin.
31.03.2020 tarixinə
  Alış Satış
Valyuta AMB Nağd Nağdsız İnternet Bankinq Nağd Nağdsız İnternet Bankinq
USD 1.7000 1.6970 1.6780 1.6785 1.7020 1.7020 1.7015
EUR 1.8737 1.8269 1.8269 1.8275 1.8887 1.8868 1.8862
GBP 2.0988 2.0463 2.0463 2.0469 2.1240 2.1198 2.1192
RUB 0.0214 0.0182 0.0193 0.0193 0.0223 0.0223 0.0223
CHF 1.7709 1.6469 1.6824 1.6829 1.8949 1.8594 1.8589
JPY 0.0157 0.0146 0.0149 0.0149 0.0168 0.0165 0.0165
CAD 1.1989 1.1150 1.1390 1.1394 1.2828 1.2588 1.2584
AUD 1.0515 0.9779 0.9989 0.9992 1.1251 1.1041 1.1038
TRY 0.2585 0.2320 0.2417 0.2418 0.2760 0.2714 0.2713
AED 0.4628 0.4165 0.4397 0.4398 0.4952 0.4859 0.4858
SEK 0.1691 0.1573 0.1606 0.1607 0.1809 0.1776 0.1775
NOK 0.1619 0.1506 - - 0.1732 - -
DKK 0.2509 0.2333 - - 0.2685 - -
KZT 0.0038 - 0.0036 0.0036 - 0.0049 0.0049
GEL 0.5171 - - - - - -
CNY 0.2399 - 0.2243 0.2244 - 0.2519 0.2518
Bizimlə əlaqə
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Bizə yazın

Bizə zəng edin

937

Bank online
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Banka CV göndərin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Arayış sifariş edin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Kartın müddətini uzadın

Kampaniyalar

İri korporativ müştərilərin kreditləşdirilməsi

İri korporativ müştərilərin kreditləşdirilməsi

Məlumat

Ölkənin ən böyük bankı olaraq Azərbaycan Beynəlxalq Bankı tərəfindən iqtisadiyyatın istənilən sahəsində fəaliyyət göstərən iri şirkətlərin maliyyələşdirilməsi uğurla həyata keçirilməkdədir.

Bank tərəfindən korporativ müştərilərə kreditlər (kredit xətləri), əsasən, aşağıdakı təyinatlar üzrə təqdim olunur:

  1. Əsas vəsaitlərin alınması üçün – Bu növ kreditlər yeni istehsal sahələrinin yaradılması, habelə mövcud olanların müasirləşdirilməsi və ya genişləndirilməsi üçün əsas vəsaitlərin (maşın, avadanlıq, yeni texnologiya və s.) alınması, həmçinin  bina və tikililərin inşa edilməsi məqsədilə verilir.
  2. Dövriyyə vəsaitinin artırılması üçün – Bu növ kreditlər şirkətin cari təsərrüfat fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi məqsədilə dövriyyə vəsaiti kimi istifadə olunmaq üçün verilir.
  3. Layihələrin maliyyələşməsi üçün – Bu növ kreditlər borcalan tərəfindən təqdim edilən müxtəlif növ və məbləğdə olan yeni və mövcudbiznes layihələrinin kompleks şəkildə maliyyələşdirilməsi məqsədilə verilir. 
  4. Borcalanın digər banklar qarşısındakı öhdəliklərinin yenidən maliyyələşdirilməsi üçün verilən kreditlər
  5. Borcalan tərəfindən hər hansı bir şirkətin səhmlərinin alışının maliyyələşdirilməsi və s.

Kreditlərin məbləği, müddəti, faiz dərəcəsi və ödəniş şərtləri müştərinin cari sifarişindən və layihədən asılı olaraq fərdi qaydada təyin edilir. Sifarişin (layihənin) xarakterinə uyğun olaraq kredit üzrə əsas borcun ödənilməsi üçün möhlət müddəti müəyyən edilə bilər.  Kreditin təminatlı və ya təminatsız şərtlərlə verilməsi borcalanın maliyyə vəziyyəti, kredit tarixçəsi, reputasiyası və s. faktorlardan asılı olaraq müəyyən edilir.

Bank həm öz vəsaiti hesabına, həm də yerli (Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi və s.) və xarici maliyyə qurumlarından cəlb edilən vəsait hesabına kreditlərin ayrılmasını həyata keçirir.

Azərbaycan Beynəlxalq Bankında kreditləşmənin üstünlükləri:

İri məbləğdə kreditlərin ayrılması imkanının olması

Kreditləşmənin istənilən valyutada aparılmasının mümkünlüyü

Biznes layihəsindən asılı olaraq rahat ödəniş şərtlərinin müəyyən edilməsi

Kredit sifarişlərinin Bankın müştəri xidməti strukturlarına müraciət olunmaqla və ya corporaterm@ibar.az  elektron poçt ünvanına göndərilməklə təqdim edilməsi mümkündür.

İxraca dəstək krediti

Azərbaycan Beynəlxalq Bankı qeyri-neft sektorunda fəaliyyət göstərən iri korporativ müştərilərin, eləcə də kiçik və orta sahibkarların ixrac yönümlü fəaliyyətinə dəstək üçün öz daxili vəsaitləri hesabına “İxraca dəstək” kredit məhsulunu və “İxraca dəstək” tarif paketi aksiyasını təqdim edir. Bu məhsuldan istehsalla məşğul olaraq öz məhsulunu xaricə ixrac edən hər bir sahibkar, o cümlədən bankın yeni müştəriləri də istifadə edə bilər.

Məbləğ 100 000 AZN - 10 000 000 AZN-dək
Müddət 1 - 60 ay
Faiz dərəcəsi 8%-dən başlayaraq
Kredit komissiyasi 0%
Təminat Tələb olunur
Güzəştli məzənnə Var
Digər güzəştlər Kreditin məbləği həcmində olan köçürmələr komissiyasiz
Sənədli əməliyyatlara 50 % endirim
Aksiyanin müddəti 01.06.2020-dək qəbul olunan sifarişlər aksiyadan yararlana bilər
Digər tələb olunan sənədlər Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviq sənədi